Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Avropa qəzəbinin pərdəarxası


Elxan Şahinoğlu: “Amerikadan “sağmal inək” kimi istifadə etmək istəyirlər, Tramp isə biznesmendir, ölkəsinin gəlirlərini düşünür”


ABŞ prezidenti Donald Trampda dövlət başçısı olduğu 5 ay ərzində Avropa qəzəbinin olduğu müşahidə edilməkdədir. 

Bunu Ağ Ev sahibinin Avropa dövlətləri ilə bağlı qərarlarında və Avropa ölkələrinin rəhbərləri haqqında fikirlərindən sezmək çətin deyil. Sanki Tramp ABŞAvropadan qoparmaq istəyir.

Son olaraq Tramp ABŞ-ın Paris İqlim Müqaviləsindən çıxdığını elan edib. O, müqavilənin ABŞ üçün avantajının olmadığını, digər ölkələrə ABŞ-la müqayisədə iqtisadi üstünlük verildiyini bildirib. D.Tramp ABŞ-ın yeni, daha ədalətli bir müqavilə axtarışında olacağını deyib. Dünya dövlətlərinin tam əksəriyyətinin sazişdə iştirak etməsinə baxmayaraq, Trampın 40 dəqiqəlik çıxışında Çin və Hindistan kimi ölkələrin bu sazişdə iştirak etmədiklərinə eyham vurması, onun Avropaya açdığı savaş kimi qələmə verilir. Hətta iş o yerə qədər çatıb ki, Fransa, Almaniya və İtaliya kimi güclü Avropa dövlətlərinin liderləri müqavilənin yenidən baxılmasını rədd edən birgə bəyanat yayıblar. Bu isə ABŞ-a qarşı yeni cəbhənin açılması anlamına gəlir. Ekspertlər prosesin bu şəkildə davamının ABŞ-ı fəlakətə sürüklədiyini qeyd edirlər.



Politoloq Elxan Şahinoğlu Trampın Avropa qəzəbinin səbəbini belə izah etdi: “Ağ Ev sahibi Avropaya ona görə qəzəblidir ki, Amerika İkinci Dünya müharibəsinin bitməsindən bu yana uzun onilliklərdir Avropanın təhlükəsizliyinə cavabdeh olduğu və buna milyardlarla dollar xərclədiyi halda köhnə qitə Amerikanın maraqlarını nəzərə almaq istəmir. Ona görə də Tramp deyir ki, indi ki belə oldu, ya təhlükəsizliyinizə görə NATO-ya maliyyə vəsaitini artırın, ya da öz təhlükəsizliyinə özünüz cavabdeh olun. Bu yanaşma ən çox Almaniyanı narahat edir. Təsadüfi deyil ki, Almaniya kansleri Angela Merkel bugünlərdə açıq etiraf edib ki, Amerika ilə yolları ayrıla bilər. Eyni gündə Almaniyanın xarici işlər naziri də oxşar açıqlama verdi. Onlar bu açıqlamaları ona görə verirlər ki, müdafiəyə və təhlükəsizliyə çox pul xərcləmək istəmirlər, əvvəlki illərdə olduğu kimi Amerikadan ”sağmal inək" kimi istifadə etmək istəyirlər. Tramp isə biznesmendir, ölkəsinin gəlirlərini düşünür.

İkinci Dünya müharibəsindən bu yana Almaniya Amerikanın müdafiəsi altında olub, Almaniya Federativ Respublikasını SSRİ-nin təhdidlərindən məhz Amerika qoruyurdu. İndi isə Almaniya rəsmilərinin sözlərindən belə çıxır ki, daha Amerikaya ehtiyacları yoxdur. Bu cür münasibətlər Amerikanın Avropaya marağını azaldacaq. Donald Tramp hesab edir ki, İqlimə dair Paris sazişi Amerikanın maraqlarına cavab vermir. Halbuki müstəqil, ekspertlərin sözlərinə görə Amerikanın sazişdən imtina etməsi gələcək illərdə Amerikanın özünə zərər verəcək. Ancaq əksini düşünənlər də az deyil. Əksini düşünənlər hesab edirlər ki, Amerikanın bu sazişdən çıxması Amerikanın iqtisadi imkanlarını məhdudlaşdıran əngəlləri ortadan qaldıracaq. Bu yanaşmalardan hansının doğru olduğunu zaman göstərəcək. Trampın bu addımı da Amerikanı Avropadan uzaqlaşdırır. Çünki Avropa İttifaqı Trampın bu addımını kəskin tənqid edib. Tramp əsatirləri dağıdır. İqlim sazişinə keçmiş prezident Barak Obama imza atmışdı. Üstündən bir neçə il keçdikdən sonra Amerika bəh-bəhlə imzaladığı sazişdən imtina edir. Bu, Amerikanın xarici siyasətində qeyri-müəyyənlik yaradır. Doğrudur, Tramp deyib ki, Amerika biznesi, fəhlələri və vergi ödəyiciləri üçün ədalətli şərtlərə əsaslanan bu və ya digər sazişə qoşulmağa dair danışıqlara yenidən başlayacaq. Ancaq kim zəmanət verir ki, Avropa Amerikanın yeni şərtlərini qəbul edəcək".


Politoloq məlum gedişatın xoş heç nə vəd etmədiyi qənaətindədir: “Bu gedişat Amerika-Avropa münasibətlərinə yaxşı heç nə vəd etmir. Bu NATO-nun da zəifləməsinə gətirib çıxaracaq. Digər tərəfdən, Amerika terrorçulara qarşı mübarizədə Avropadakı müttəfiqlərini itirmək təhlükəsi ilə üzləşə bilər. Hazırkı vəziyyətdən Amerika-Avropa ticarət münasibətləri də zərər görəcək. D.Trampın siyasəti birqütblü dünyanın sonunu yaxınlaşdırır. Amerika artıq bütün dünyanın yükünü üzərində daşımaq istəmir. Bu yük ona ağır gəlir. Amerika bu yükü Avropa ilə bölüşmək istəsə də, Avropa heç bir yükün altına girmək istəmir. Bu vəziyyətdən isə Rusiya və Çin kimi ölkələr istifadə etməyə çalışacaqlar. Bunun bəşəriyyət üçün daha böyük problemlərə yol açacağını zənn edirəm. Amerikanın xarici və təhlükəsizlik siyasətini tənqid etsək də, Vaşinqtonun müəyyən oyun qaydaları var ki, beynəlxalq aləm ona öyrəşib. Rusiyanın oyun qaydaları isə bəllidir: Gürcüstanı və Ukraynanı parçaladı, işğalçı Ermənistana hər cür dəstəyini davam etdirir və s. Bu, dünya üçün daha böyük təhlükələr vəd edir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar