Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampdan gözləntilərini ala bilməyən Moskva Vaşinqtonla əməkdaşlığını sıfırlaya bilərmi?


Qabil Hüseynli: “Bu sanksiyalar Rusiya iqtisadiyyatı üçün böyük zərbədir və bu addımlar Rusiyanın müəyyən qədər ağıllanmasına kömək edəcək”


“Vəziyyət getdikcə gərginləşir və vəziyyətin gərginləşməsində də əsas günahkar Rusiya tərəfidir”.

Bu fikirləri PİA.AZ-a politoloq Qabil Hüseynli ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar məsələsinə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Dünən Ukrayna prezidenti Petr Poroşonko ABŞ prezidenti Donald Tramla görüşündən bir qədər əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Tramp Adminstarsiyasının bu nümayişkəranə addımı Rusiyada demək olar ki, şok effekti yaradıb. Kremldən bildiriblər ki, Moskva ABŞ-ın yeni sanksiyalarına adekvat cavab verəcək. Amma o da məlumdur ki, Rusiya demək olar ki, ABŞ bazarında çıxış etmir. Bu halda sanksiyalara adekvat cavab nə ola bilər? Və hesab etmək olarmı ki, Tramp Konqresdən daha əvvəl Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə ətrafında daralan impiçment dairəsindən çıxmağa çalışır?

Mövzü ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Картинки по запросу qabil hüseynli


Qabil Hüseynli: “Sanksiyalar məsələsində Trampın rolunun şişirdilməsinin tərəfdarı deyiləm”.


ABŞ-ın Rusiyaya yönləndirdiyi yeni sanskiyaları müsbət addım hesab edən politoloq, bununla Rusiyanın işğalçılıq siyasətindən qisməndə olsa uzaqlaşmasına səbəb olacağına inanır.Çünki tətbiq edilənlər birbaşa Rusiya iqtisadiyyatının tənəzzülünə yönəlib və bu Rusiya üçün böyük zərbədir:

ABŞ adminstrasiyası Rusiyanın təcavüzkar siyasətinə qarşı şübhəsiz ki müsbət addımlar atır. Xüsusilə də bu məsələlər Ukraynanın Krım bölgəsinin ilhaq edilməsi ilə bağlıdır. Ukraynanın şərqində də Rusiya tərəfindən qondarma Donetsk və Luqansk xalq respublikaları yaradılıb. Bundan sonra ABŞ və qərb dövlətlərinin təsiri ilə Rusiyada xüsusi görüş keçirilib. Bu görüş nəticəsində Rusiya ilə Ukrayna arasında Minsk sazişi imzalanıb. Həmin sazişə görə Rusiya qoşunlarını Ukrayna torpaqlarından, xüsusən də Donetsk və Luqansk vilayətlərindən çıxarmalıdır. Saziş imzalansa da yalnız vərəq üstündə qalır və Rusiya tərəfi buna əməl etmir. Əksinə digər bölgələrdə də gərginlik yaratmaqda davam edir. ABŞ tərəfi də Rusiyanın bu addımlarına qarşı əvvəlkilərinə əlavə olaraq yeni sanksiyalar tətbiq etməyə başladı. Avropa ölkələri isə əvvəl tətbiq edilmiş sanksiyaların müddətini uzatdı. Məncə bu Rusiya iqtisadiyyatı üçün böyük zərbədir və bu addımlar Rusiyanın müəyyən qədər ağıllanmasına kömək edəcək. 

Qabil Hüseynli: “Konqresmenlər və senatorlar içərisində Trampa qarşı böyük müxalifət var və bu müxalifətdə işlərin başında dayanır”.


Əvvəla onu deyim ki, bu sanskiyaların təşəbbüskarı Tramp yox,  Konqresdir. Amma bu dəfə Senat tərəfindən qəbul edilən və Konqresdə də təkrar müzakirədən keçən qanun layihəsi elə layihədir ki, artıq bunu prezident də dəyişə bilməz.Yəni dönməz xarakter daşıyır. Ümumiyyətlə Konqresmenlər və Senatorlar içərisində Trampa qarşı böyük bir müxalifət var və müxalifətdə bu işlərin başında dayanır.Ona görə də mən bu məsələ də Trampın rolunun şişirdilməsinin tərəfdarı deyiləm. 

İndi onsuz da RusiyaABŞ arasında münasibətlər gərgin və ən aşağı səviyyədədir.Suriya məsələsində isə dövlətlər arasında tam müharibə səviyyəsinə çatan münasibətlər var. Vəziyyət getdikcə gərginləşir və bu gərginləşmədə əsas günahkar Rusiyadır. Bu nöqteyi-nəzərdən vəziyyət münasibətlərin tam minimuma endirilməsinə doğru gedir.

Sanskiyalardan sonra Rusiya ABŞ-a heç nə ixrac etmir. Rusiya isə ABŞ-dan müəyyən texnologiyalar- reaktiv raketlər üçün mühərriklər idxal edir. Belə bir vəziyyətdə göründüyü kimi tərəflər arasında münasibətlər bərabər deyil. Və indiki halda Rusiyanın hansı addımlar atacağını demək çətindir. Lakin Rusiyanın ABŞ-a iqtisadi sanksiyalar tətbiq edə biləcəyi mümkün görünmür. Yəqin ki, hərbi sahədə nələrsə edə bilər. Və yaxud da bir tərəfli qaydada hansısa sazişdən çıxa bilər”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar