Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp “Bütün bombaların anası”nı Əfqanıstana niyə atdı? - Mesaj kimə idi?


Qabil Hüseynli: “ABŞ-ın əzələ nümayişi göstərməkdə əsas məqsədlərindən biri bu vaxta qədər əzələ nümayişi etdirən Rusiyaya özünün hərbi potensialını göstərməyə çalışmaqdır”


“İndiki vəziyyətdə ABŞ özünün dünya ilə bağlı ambiTsiyaları yolunda əsas mane olaraq, birinci Rusiyanı, müəyyən qədər də Çini görür”.

Bu sözləri politoloq Qabil Hüseynli Trampın İŞİD-ə qarşı Əfqanıstanda yeni silahdan istifadə etməsi məsələsin PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi aprelin 4-də vəziyyət kəskin dəyişdi. Bəşər Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin Xan Şeyxun şəhərinə endirdiyi hava zərbələri nəticəsində 27-i uşaq olmaqla 100-ə yaxın insan ölüb, 300-dən çox insan yaralanıb. Bəşşar Əsəd rejimi tərkibində xlor qazı olan kimyəvi silahdan istifadə etdiyi haqda məlumatlar yayıldı. Bəşşar Əsəd rejimi isə bombardman zamanı kimyəvi silahdan istifadə olunduğunu təkzib etdi. Aprelin 7-də isə səhər ABŞ Aralıq dənizindəki gəmilərindən “Tomahawk” tipli 59 raketi Bəşşar Əsədin Homs əyalətindəki Şaryat hərbi hava bazasına buraxıb. Bununla da Suriyadakı böhranın həlli ilə bağlı ABŞ-ın yeni variantı işə düşüb. Yayılan xəbərlərə əsasən, Şayrat bazası Livan hizbullahı və İranyönlü silahlıların yerləşdiyi ərazi sayılır. Orada Əsədin 4-cü tank diviziyası, 300–dən artıq tankı və özünümüdafiə artilleriya qurğuları, habelə 7000-10000 hərbçisinin yerləşdirildiyi barədə məlumatlar var. 

Dünən isə ABŞ Əfqanıstanın Tora-Bora mağaralarında gizlənən İŞİD terorçularına qarşı fövqəladə güclü və “Bütün bombaların anası” adlandırılan “GBU-43” nüvə silahı olmayan bombadan ilk dəfə istifadə edib. Məlumata görə, Nanqarhar əyalətinin Açin rayonuna aviazərbə endirilib. Pentaqon bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bombası olduğunu təsdiqləyib. Pentaqondan verilən məlumata görə, bu, ABŞ-ın istifadə etdiyi ən böyük qeyri-nüvə hərbi sursatıdır, bu bombaların çəkisi 9,5 ton təşkil edir. Bombanın partlayış gücü 11 ton trotil ekvivalentindədir və partlayışın episentri 1,5 km təşkil edir. Bu bombadan ABŞ-da cəmi 15 ədəd mövcuddur. Bu bomba bundan əvvəl iki dəfə poliqonda sınaqdan keçirilib və dünənə qədər heç vaxt döyüş şəraitində istifadə olunmamışdı.

2003-cü ilə qədər bu bomba dünyanın ən güclü qeyri-nüvə bombası hesab olunurdu. Lakin 2007-ci ildən sonra Rusiyanın yaratdığı və “Bütün bombaların atası” adlandırılan vakuum bombası (AVBPM) hazırda ən güclü qeyri-nüvə bombası hesab olunur. Təkcə onu demək kifayətdir ki, vakuum bombasının partlayış gücü 44 ton trotil ekvivalentindədir. Yəni rusların ən böyük qeyri-nüvə hərbi sursatı amerikalların bombasından 4 dəfə güclüdür. Qeyd edək ki, Trampın əlində olan ən güclü silahlardan birindən İŞİD-ə qarşı istifadə etməsi heç də bir mənalı qarşılanmayıb. Rusiyadan verilən açıqlamada ABŞ-ın bu bombadan istifadə etməsini yeni silahlanmaya yol açacağı barədə narahatlıq ifadə olunub.

Suriyanın hökumət qüvvələrinə raket zərbələri endirdikdən həmın sonra Trampın İŞİD-ə qarşı Əfqanıstanda yeni silahdan istufadə etməsi hansısa  diplomatik mesaj ola bilərmi bə bu mesaj əasasən kimlərə ünvanlana bilər? Trampın yeni silahdan istifadə edərək əzələ mümayiş etdirməsi, həmçinin ifrat aqressiya sərgiləməsi beynəlxalq siyasətdə yeni sitasiyalara yol aça bilərmi və əsasən dəyişikliklər və gərginliklər hansı bölgələri əhatə edə bilər? Tramp ifrat aqressiya nümayiş etdirərək Putini bu istiqamətdə qabaqlamağa çalışmır ki? Həmçinin dünən Rusiya ilə anlaşa biləcəklərini yenidən dilə gətirən Tramp yaxın zamanlarda hədəf dəyişdirib İslam dövlətlərini əsas hədəf seçə bilərmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli müraciət edib.



Qabil Hüseynli: “ABŞ-ın bu ana qədər etdiyi hərəkətlər yalnız dünyanı qarışdırmağa və dünyada neoimperialist cəhdlər sərgiləməyə çalışan qüvvələrə cavab kimi görünür”.


Politoloq qeyd edib ki, ABŞ dünyada qayda-qanuna cavabdeh bir dövlət kimi özünü aparmağa çalışır. Yəni ABŞ sözün yaxşı mənasında “dünya jandarmı” rolunu oynamağa çalışır:

“Bu günlərdə ABŞ öz hərbi gücünü dünyaya nümayiş etdirməkdə davam edir. Suriyanın ardınca Əfqanıtana da “Bombaların ana”sı deyilən və yerin 10 metr dərinliyinə işləyə bilən bombadan istifadə edilməsi, onu göstərir ki, ABŞ indi tam əzələ nümayişinə başlayıb. ABŞ-ın əzələ nümayişi göstərməkdə əsas məqsədlərindən biri bu vaxta qədər əzələ nümayişi etdirən Rusiyaya özünün hərbi potensialını göstərməyə çalışmaqdır. 

Qeyd edim ki, ABŞ təkcə Rusiyanı yox, həm də Çini də nəzərdən qaçırmır. Çünki indiki vəziyyətdə ABŞ özünün dünya ilə bağlı ambisiyaları yolunda əsas mane olaraq birinci Rusiyanı və müəyyən qədər də Çini görür. Buna görə də ABŞ bu iki dövlətə malik olduğu yeni silahları nümayiş etdirməklə, bu silahların çəkindirici gücündən istifadə etməyə çalışır. ABŞ-ın nümayiş etdirdiyi bu yeni silahlar tam siyahı deyil. Yəqin ki, ABŞ hələ yeni silah növlərini sınamaqda davam edəcək. 



Trampın yeni silahdan istifadə edərək əzələ mümayiş etdirməsi, dünyada gərginliklər yarada bilər. Amma hələ ki, ABŞ-ın hərbi siyasətində aqressiya, ya da işğalçı siyasət əsas kimi görünmür. ABŞ-ın bu ana qədər etdiyi hərəkətlər yalnız dünyanı qarışdırmağa və dünyada neoimperialist cəhdlər sərgiləməyə çalışan qüvvələrə cavab kimi görünür. Mən hesab edirəm ki, bundan sonra da bele olacaq. Düzdür ABŞ dünya düzəltmə, dünyada qayda-qanuna cavabdeh bir dövlət kimi özünü aparmağa çalışır. Yəni ABŞ sözün yaxşı mənasında “dünya jandarmı” rolunu oynamağa çalışır.

Qabil Hüseynli: “Trampın yeni silahdan istifadə edərək əzələ mümayiş etdirməsi, dünyada gərginliklər yarada bilər”.


Amma mənim zənnimcə, bu jandarmda ixtilafçılıq, dünya xalqlarını əzmək kimi məqamlar ola bilməz. Burada bir nömrəli məsələ beynəlxalq terrorizmə qarşı mübarizədir. Digər məsələ işə nüvə silahına malik olan və nüvəylə başqa dövlətləri təhdid edən dövlətlərə qarşı mübarizədir. Yenə qeyd edirəm ki, ABŞ-ın son zamanlar nümayiş etdirdiyi əzələ nümayişi hələ ki, dünyada qayda-qanun yaradılmasına yönəlik addımlar kimi görünür. ABŞ-ın əzələ nümayişi ilə bağlı qarşıda hər hansı nüanslar yaranarsa, o zaman onun haqqında danışmaq olar. 



ABŞ İslam dövlətlərinə qarşı mübarizə aparmır. ABŞ İslam dövlətləri içərisində o dövlətlərlə mübarizə aparır ki, həmin dövlətlər terrorizmi dəstəkləyir, yaradır və terrorizmə dayaq verir. Ümumiyyətlə terrorizmi İslam dövlətləri ilə bağlamağın özü yanlışdır. Amma bu anlayış artıq dünyada mövcuddur və hələ də davam edir. Buna baxmayaraq İslam dövlətlərinin özü elə terrorizmdən əziyyət çəkən dövlətlər sırasında öndə gedir. Ona görə də hesab etmirəm ki, ABŞ əfqanıstana bomba atmaqla islam dövlətlərinə mesaj yollamış oldu. Mesajın ünvanı bəlli idi və zənnimcə o mesaj alındı”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar