Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp zarafat edirmiş…


ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsini "zarafat" adlandırıb


Tramp Putinin Moskvadakı ABŞ diplomatlarının sayını kəskin şəkildə azaltmaq planlarına təşəkkürlə reaksiya verərəkən bütün media bunu tamamilə ciddi bəyanat kimi qəbul etmişdi. 

Buna görə prezidentin ünvanına sərt tənqidlər səslənmişdi.

Həm demokratlar, həm də Tramp-ın öz partiyasının üzvləri - respublikaçılar arasında bunu "qeyri-vətənpərvər" hərəkət kimi qiymətləndirənlər olmuşdu.

Tramp bildirmişdi: “Mən ona təşəkkür etmək istəyirəm, çünki biz maaş xərclərini azaltmaq istəyirik. Mən ona çox minnətdaram ki, o çox sayda adamın işdən çıxmasına kömək edib, çünki bizim indi maaş üçün büdcəmiz kiçikdir. Onların ora qayıtmasına heçbir real ehtiyac yoxdur…Biz çoxlu pula qənaət edəcəyik”.

Putin göstəriş verib ki, ABŞ-ın Rusiyadakı səfirlik və konsulluq işçilərinin sayı 1200 nəfərdən 450 nəfərə endirilsin. Bu, ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar qoymasına cavabdır. Konqres RusiyaABŞ-dakı ötənilki prezident seçkilərinə müdaxilə etməkdə suçlayıb və buna görə Kremlə qarşı sanksiyaların sərtləşdirilməsinə səs verib. Tramp qanunu tənqid etsə də, imzalayıb.

Donald Trampın təşəkkürü həm də ona görə birmənalı qarşılanmamışdı ki, o, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin xərclərinin təxminən 30 faiz azaldılması haqqında təklif vermişdi.Üstəlik də seçki məsələsində Kremllə gizli işbirliyi ilə bağlıiddialar elə Trampın öz komandasına qarşı yönəlib.Hazırda Federal Təhqiqat Bürosu bu məsələni aydınlaşdırmaq üçün araşdırma aparır.

Seçki dövründə Tramp-ın qərargahının mühüm fiqurlarından olmuş Paul Manafortun evində bu günlərdə axtarış da aparılıb. ABŞ prezidenti bildirir ki, o heç zaman Putinin adamları ilə seçki mövzusunu müzakirə etməyib və onun seçki kampaniyası şəffaf olub.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar