ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində ABŞ-Meksika sərhədində divar tikintisi ilə bağlı iki tvit yazıb
Lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, iki tvit arasında 3 saat vaxt fərqi olub.
"Divar - ölkəmizə narkotik axınının və gənclərimizin (və bir çoxlarının) zəhərlənməsinin qarşısını almaqda çox vacib alətdir. Əgər..." - deyə Tramp Bakı vaxtı ilə saat 16:28-də yazıb.
Təxminən üç saatdan sonra isə ABŞ prezidenti tvitini belə tamamlayıb: "...divar çəkilməsə (amma mütləq çəkiləcək), narkotiklərlə bağlı vəziyyət heç vaxt dəyişməyəcək".
pia.az