Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp impiçmentə bir addım da yaxınlaşdı


Sülhəddin Əkbər: “Ədaləti əngəlləmə ittihamı ilə bağlı araşdırma çox ciddi siqnaldır”


ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanunun qəbulu Konqreslə Ağ Ev arasında fikir ayrılığını dərinləşdirib.

 Qanunvericilər Ağ Evin sanksiyaları yumşaltmaq və ya mane olmaq cəhdinin qarşısını almaq üçün əlavə sərt tədbirlərin hazırlanması üzərində düşünür. Prezident Donald Trampın sanksiyaları nəzərdə tutan qanuna veto qoyması ehtimalı var. Prezidentin və yaxın ətrafının, o cümlədən kürəkəni Kuşnerin Rusiya ilə gizli sövdələşmələrinin olması barədə tədqiqatın getdiyi və D.Trampın 196 konqresmen tərəfindən məhkəməyə verildiyi indiki həssas dönəmdə Ağ Ev rəhbərinin belə bir addım atacağı real görünmür. 

Əks təqdirdə, Konqreslə siyasi qarşıdurmaya getməsi prezident Trampın impiçmenti ilə nəticələnə bilər. Ona görə də konqresmenlər Tramp administrasiyasının qanunun icrasına mane olmaq səlahiyyətlərini məhdudlaşdırmağı təklif edir. 

Həmin qanuna görə, prezident sanksiyalar haqqında qanunun yumşaldılmasına çalışan şəxslərin dəqiq siyahısını Konqresə təqdim etməlidir. Həmçinin, prezident qanunvericiləri Rusiyanın öz siyasətini, o cümlədən Ukrayna və Suriya ilə bağlı düzgün istiqamətdə dəyişəcəyinə əmin etməlidir. Konqresin hər iki palatası həmin sənədi öyrəndikdən 30 gün sonra qətnamə qəbul edəcək. 

“Birləşmiş Ştatlarla Rusiyanın konkret məsələlərə dair sanksiyaların yumşaldılması barədə bu gün müzakirələr aparması narahatlıq doğurur ”-Senatın Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, demokrat Ben Kardin belə deyib. Xatırladaq ki, Senat Maliyyə Nazirliyinə, Dövlət Departamentinə və Milli Kəşfiyyat direktoruna Ukraynadakı işğalçılıq fəaliyyətinə görə, insan haqları pozuntularında, Suriya rejiminə silah verilməsində, dövlət səviyyəsində kiberhücumlarda, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsində, Rusiya kəşfiyyat və müdafiə sektorları ilə biznes aparan, sanksiyalardan yayınmağa çalışan, korrupsiya fəaliyyətində əli olan şəxslərin, o cümlədən Putinə yaxın oliqarxların (eləcə də bu məsələlərdə rolu olan qeyri-Rusiya vətəndaşlarının) siyahısını müəyyənləşdirsin. Onlara qarşı da sanksiyalar tətbiq olunacaq.

Bundan başqa, Rusiyanın dağ-mədən, metallurgiya sənayesi, dəniz və dəmir yolu nəqliyyatı, ixrac neft-qaz kəmərləri, şist yataqlarının və Arktik şelfdəki neft yataqların işlənməsi ilə bağlı sanksiyaların tətbiqi əksini tapıb. Maliyyə Nazirliyinə tapşırılır ki, bu sahələrdə fəaliyyət göstərən Rusiya şirkətlərinin siyahısını tərtib etsin. Qanun Nümayəndələr Palatasında qəbul edildikdən və prezidentin imzasından sonra qüvvəyə minəcək. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, ABŞ prezidenti sanksiyalar haqqında qanunun qüvvəyə minməsinə mane ola bilməz: “Çünki Senat bu sənədi qanunvericilik səviyyəsində təsbit edib. Məlumdur ki, həmin qanun 97 səslə qəbul olunub. Bu o deməkdir, prezident veto qoysa belə, yenidən yüksək səs çoxluğu ilə qəbul olunacaq. İkincisi, prezidentin veto hüququnu məhdudlaşdıran qanunvericilik aktı qəbul olunub. Artıq Respublikaçılar Partiyasının öz daxilində də prezidentin Rusiyaya yönəlik siyasətindən narahatlıq var. Prezidentin barəsində araşdırma aparıldığı bir vaxtda bu əndişə bir qədər də artacaq. Ona görə də Tramp istəsə belə, Rusiya ilə bağlı siyasətini dəyişə bilməyəcək.

Trampın özü də bunu anlayır. O biri tərəfdən Konqresdəki rəyi və məhkəməyə verilmiş şikayəti nəzərə almağa məcburdur. Düşünürəm ki, ABŞ prezidenti Rusiyanın İran məsələsində neytrallığına nail olmağa çalışır. Bu da çox çətindir. Rusiyanın Suriya ilə bağlı siyasətində güzəştə getmədiyi bir vaxtda İrandan vaz keçəcəyi inandırıcı görünmür. Çox güman ki, Rusiyanın İran siyasətinə aydınlıq gəldikdən sonra Trampın da Rusiya ilə bağlı mövqeyində dəyişiklik olacaq”.

Qeyd edək ki, prezidentin veto hüququnu məhdudlaşdıran qanunun qəbulu ABŞ tarixində istisna haldır. Eyni zamanda, prezidentin barəsində hakimiyyət və müxalifət partiyalarının birgə məhkəməyə müraciət etməsi D.Trampın siyasi vəziyyətini ağırlaşdırıb. Bu isə ittihamlar təsdiqini taparsa, ABŞ prezidentinin impiçment elan ediləcəyinə dair rəyləri artırır. 

Sülhəddin Əkbərin sözlərinə görə, Federal Tədqiqatlar Bürosu tərəfindən prezident Trampın barəsində başladılmış ədaləti əngəlləmə ittihamı ilə bağlı araşdırma çox ciddi siqnaldır. Əgər dövlət başçısının Rusiya ilə əlaqələri və ya araşdırmalara mane olması barədə iddialar sübuta yetirilərsə, impiçment məsələsi də gündəmə gələ bilər: “Hələlik baş verənlər onu göstərir ki, Respublikaçılar Partiyasında prezident Trampa qarşı narahatlıqlar var və ona olan inamsızlıq artmaqda davam edir”.

Politoloq onu da bildirdi ki, Rusiyaya tətbiq edilən yeni sanksiyalar əvvəlkindən daha kəkin şəkildə təsirli olacaq: “Həm yeni fiziki və hüquqi şəxslər sanksiyalar altına düşəcək. Həm də sanksiyaların tətbiq olunduğu sahələr genişlənir. Dağ-mədən, metallurgiya, nəqliyyat, dəmir yolları sanksiyalara məruz qalacaq. Rusiya şirkətlərinin kredit alması çətinləşəcək. Əvvəl kreditin müddət i 90 gün ərzində nəzərdə tutulurdu. İndi həmin müddət qısaldılırsa, Rusiya iqtisadiyyatına, xüsusilə də maliyyə və bank sahəsinə çox mənfi təsir göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar