Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp hökumətin işini iki həftə uzadıb


ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə haqqında qanunu imzalayıb


APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Bundan əvvəl sənəd səsvermə yolu ilə Konqresin hər iki palatasında təsdiqlənib.

Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək. Sənəd fevralın 8-ə qədər qüvvədə olacaq. Bu, 2017-ci ilin oktyabrından etibarən  qəbul edilən sayca 4-cü müvəqqəti büdcədir.  Buna  Konqresdə Respublikaçılar və Demokratlar arasında xüsusən immiqrasiya ilə bağlı məsələlərə dair fikir ayrılığı səbəb olub. 

***

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 266, əleyhinə isə 150 Palata üzvü səs verib.

Bundan əvvəl ABŞ Senatı müvəqqəti büdcənin lehinə səs verib. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Beləliklə, Federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb.  ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar