Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp adminstrasiyasının Azərbaycan və Türkiyə barədə yürütdüyü siyasətində geosiyasi fərqlər... - Varmı?


Arzu Nağıyev: “Tramp adminstrasiyasının Azərbaycan və Türkiyəyə yürütdüyü siyasət tam fərqlənməsə də, eyni siyasət deyil”


Azərbaycan ABŞ üçün Cənubi Qafqazda önəmli olan dövlətdir”.

Bu sözlər politoloq Arzu Nağıyev Tramp adminstrasiyasının Azərbaycan və Türkiyə barədə yürütdüyü siyasətidə  geosiyasi fərqlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, ABŞ və Türkiyə arasında son 3-4 ildə münasibətlərdə müəyyən çatlar özünü biruzə verirdi və son bir ildə gərginliyin tonu bir az da qalxdı. Trampın Ərdoğanla keçirdiyi görüşdə az da olsa, nikbin jest nümayiş etdirsə də, əslində Tramp  attdığı addımlarla Türkiyəyə qarşı ikili standartlardan çıxış etdiyini biruzə verdi. Bir tərəfdən də görünən odur ki, ABŞ və Türkiyə onilliklər boyu davam edən strateji tərəfdaşlığın tempinin aşağı düşməsində və ikitərəfli əlaqələrin qırılmasında maraqlı deyil və gələcəyə ümidlə baxırlar. Amma Türkiyə-ABŞ münasibətlərini gərginləşdirən bir neçə məsələlər var ki, onlardan biricisi Fətullah Gülənin ekstradisiyasıdır, digəri isə ABŞ-ın Yaxın Şərq və Suriya münaqişəsində terrorçulara qarşı birgə səylərin gücləndirilməsi və bölgədə İŞİD-lə mübarizədə müxaliflərə verdiyi silahın PKK-nın qolu sayılan PYD-YPG-yə çatmasının dayandırılması ilə bağlı məsələdir. ABŞ-ın YPG-nin silahlandırılması qərarına Türkiyənin münasibəti əvvəlki kimi sərt tonda ifadə edildi və Ərdoğan Tramdan bu qərarın münaqişə bölgəsində əlavə gərginliklərə yol aça biləcəyindən narahalığını da bəyan etdi.

Azərbaycan ABŞ münasibətlərinə gəlincə isə münasibətlərin normal məcrada getdiyini demək olar. Bu yaxınlarda D.Tramp prezident İlham Əliyevə göndərdiyi məktublarda iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə diqqət çəkib. Bildirilib ki, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən, Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Birləşmiş Ştatlar qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bir sözlə, ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. Prezident D.Trampın ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Bu dövr iki əsas məqamı özündə ehtiva edir: D.Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu kimi öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ prezidenti digər ölkələrlə bərabərhüququlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur; Bu siyasət ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Tramp adminstrasiyasının Azərbaycan və Türkiyə barədə yürütdüyü siyasətində  geosiyasi fərqlər barəsində nə demək olar və Azərbaycan və Türkiyə ABŞ-ın yürütdüyü siyasətdə hansı ayrılacaq nöqtələr var? Həmçinin Azərbaycanın və yaxud da Türkiyənin ABŞ-ın maraqlarına qarşılıq olaraq bir-birindən fərqli razılaşmalar əldə etmək imkanları barədə nə demək olar?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərini öyrənib.



Arzu Nağıyev: “Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ heç bir addım atmır və düşünürəm ki, yaxın gələcəkdə də bu istiqamətdə heç  bir addım atmayacaq”.


Tramp adminstrasiyasının Azərbaycan və Türkiyə barədə yürütdüyü siyasətində  geosiyasi fərqləri açıqlayan politoloq Arzu Nağıyev qeyd edib ki, Tramp adminstrasiyasının Azərbaycan və Türkiyəyə yürütdüyü siyasət tam fərqlənməsə də, eyni siyasət deyil. Çünki Azərbaycan və Türkiyə ABŞ üçün müxtəlif istiqamətdə inkişaf edən dövlətlərdir:

“Düşünürəm ki, Tramp adminstrasiyasının Azərbaycan və Türkiyəyə yürütdüyü siyasət tam fərqlənməsə də, eyni siyasət deyil. Çünki Azərbaycan və Türkiyə ABŞ üçün müxtəlif istiqamətdə inkişaf edən dövlətlərdir. Unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və ABŞ hər hansı bir addım atmamışdan öncə Türkiyəyə xəbər etməlidir. Eyni zamanda da əksinə, Türkiyə hər hansı bir siyasət yürütməmişdən öncə ABŞ-la həmin siyasətin razılaşdırılması istiqamətində müəyyən addımlar atmalıdır. Bu gün Türkiyə ABŞ üçün məhz “Ortadoğu projesi”nin həyata keçirilməsində, yəni Ərəb dünyasında mühüm strateji partnyordur. Buna görə də ABŞ tərəfindən Türkiyəyə olan münasibət tam bir prizmadan baxılmalıdır. 

Azərbaycan isə ABŞ üçün Cənubi Qafqazda önəmli olan dövlətdir. Yəni bu gün məlum məsələdir ki, Gürcüstanda Rusiyanın öz strateji maraqları var. Eyni zamanda Cənubi Qafqazda ABŞErmənistanla hər hansı normal münasibətdən söhbət gedə bilməz. Çünki Ermənistan birbaşa Rusiyanın inhisarında olan dövlətdir. Azərbaycan isə enerji təhlükəsizliyinə təhdidin qarşısın almaq istiqamətindən, həm İranla qonşu olduğu üçün, eyni zamanda müsəlman dövlətlərinin içərisində məhz maarifçi dindar müsəlmanların daha çox olduğu dövlət kimi ABŞ tərəfindən qəbul edilir. Azərbaycan bu istiqamətdə də müəyyən addımlar ata bilir. 

Bundan başqa məlum məsələdir ki, anti-terror əməliyyatlarında, məsələn Əfqanıstanda və digər başqa ölkələrdə Azərbaycan dolayı ya da birbaşa ABŞ-la birgə hərəkət edən dövlətdir. Bunu biz Trampın 28 May - Respublika günü ilə bağlı təbrikində, eyni zamanda mayın 31-də Bakıda öz işinə başlayan 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgisinə göndərdiyi məktubda da bir daha hiss etdik. Bu gün ABŞ Azərbaycanı Cənubi Qafqazda olan çox önəmli dövlət kimi qəbul edir. Bunun da əsas səbəbi qeyd etdiyim kimi Azərbaycanın həm İranla sərhəd olması, həm Rusiya ilə münasibət və eyni zamanda da Azərbaycan ABŞ üçün məhz enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir. 

Arzu Nağıyev: “Türkiyə ABŞ-la öz xarici siyasətini qurmaq üçün mühüm addımlar atmalıdır”.


Bu məsələnin əksin, yəni Azərbaycanın və yaxud da Türkiyənin ABŞ üçün önəmin desək, onu qeyd etmək lazımdır ki, bu gün ABŞ və Türkiyə arasında olan münasibətin korlanmasının ən başlıcası məhz FETO məsələsidir. Hər hansı bir danışıqlara baxmayaraq, bu gün Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ heç bir addım atmır və düşünürəm ki, yaxın gələcəkdə də bu istiqamətdə heç  bir addım atmayacaq. Buna görə də Türkiyənin həm siyasi məsələlər, həm də iqtisadi problemlərlə bağlı atdığı addımlara da müxtəlif prizmalardan yanaşmaq lazımdır. Bu gün məlum məsələdir ki, Suriyada ikinci bir türk dövlətinin yaranmasında Türkiyə maraqlı deyil, amma ABŞ bu məsələdə öz marağını göstərir. Eyni zamanda da Rusiya və Türkiyənin yaxınlaşması heç də ABŞ üçün xoş olmayan məsələdir. Həmçinin QətərSəudiyyə Ərəbistanı məsələsində də ABŞ-Türkiyə arasında problemlər yaşanır. Bütün bunlara görə də Türkiyə ABŞ-la öz xarici siyasətini qurmaq üçün mühüm addımlar atmalıdır.

Azərbaycan isə Türkiyəyə baxanda ABŞ-la münasibətlərdə daha asan mövqedən çıxış edə bilir. Çünki Azərbaycanla ABŞ arasında elə də böyük problem yoxdur. Həmçinin bu gün Azərbaycanın ABŞ-la mədəni məsələlərdə kəsişdiyi nöqtələr var. Buna görə də ABŞ xarici siyasətindən baxsaq, demək olar ki, bu istiqamətdə Azərbaycana nisbətdə Türkiyənin problemi çox böyükdür. Həm də onu da qeyd etməliyəm ki, ABŞ adminstrasiyasının Trampın seçkisinə qədər verdiyi vədlər və Tramp prezident kimi verdiyi vədlər arasında da böyük bir fərq yoxdur. Buradan da bu nəticəyə gəlmək olar ki, ABŞ admistrasiyası öz xarici siyasətin daim saxlayacaq və bilməliyik ki, bu dövlət xarici siyasətindən dönməz dövlətdir. Buna görə də bu siyasəti həm ABŞ, həm də Türkiyə nəzərə almalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar