Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Yaxın Şərq “qazanını” yenidən qarışdırır


Bölgədə ölçülər yenidən dəyişir


Britaniyanın Yaxın Şərq üzrə təcrübəli jurnalisti Robert Fisk yazıb ki, ABŞ sonunda Suriya kürdlərini yarı yolda qoyacaq. Çünki Türkiyənin əhəmiyyəti kürdlərlə müqayisədə daha böyükdür. Yəni, 100 il əvvəl olduğu kimi həlledici seçim anında amerikalılar-qərblilər yenə bir ovuc kürdü deyil, böyük Türkiyəni seçəcək.

Amma buna qədər kürd gücü İraqSuriya sərhədinə yerləşdiriləcək, İŞİD-ə qarşı savaşdırılacaqlar. Ehtimal ki, Fisk Raqqa əməliyyatının kürdlər vasitəsilə aparılacağını və sonunda bütövlükdə İraq-Suriya sərhəd bölgəsinin kürdlərin nəzarəti altına düşəcəyini ehtimal edir. Amma yazara görə, Amerikanın əsas hədəfi hazırda İrana qarşı böyük "sünni ittifaqı" qurmaqdır və Türkiyəni də burada görmək istədiyi üçün kürdləri güdaza verəcək. Çünki daha böyük oyun "şahmat taxtasının" başqa "küncündə" aparılacaq.

Yeri gəlmişkən, gecə Tramp Səudiyyə Ərəbistanına gəlib. Burada 18 müsəlman ölkəsinin, o cümlədən Azərbaycan və Türkiyənin də dəvət olunduğu toplantı keçiriləcək. "İslam ordusu" və ya "müsəlman NATO"su elan olunacaq. Eyni zamanda ABŞ-la S.Ərəbistanı arasında 100 milyardlıq silah satışı anlaşması imzalanacaq və S.Ərəbistanının Amerikaya 40 milyard dollar dəyərində investisiya yatırması haqda müaqvilə imzalanacaq. "Əcəba səudilər nədən Amerikaya 40 milyard yatırmaq istəyir" deyə sual edən olarsa, bunun əsas səbəbinin daxili siyasi hadisə ilə bağlı olduğunu deyə bilərik hələlik.

Beləliklə, Tramp Yaxın Şərqə “mübarək” olur. Bölgədə yenidən mühairbə və gərginlik yüksələcək. Fələstinli nüfuzlu jurnalist Abdulbari Atvan Livanda yeni savaş hazırlandığını yazıb. Hədəf İranın bölgədəki əsas “vuran əli” olan Hizbullahın sıradan çıxarılmasıdır. 2006-cı ildə İsrail Hizbullaha qarşı müharibə başlatsa da, 33 gün davam edən hərbi əməliyyatlar nəticəsiz başa çatmışdı və əksinə, Hizbullah qüvvələri İsrail ordusuna ciddi zərbələr vurmuşdu.

Ancaq indi Suriyada illərdir davam edən müharibədən sonra həm Hizbullah yorulub, həm də Suriya hakimiyyəti gücünü itirib. Eyni zamanda yeni başlanacaq savaşda Hizbullaha qarşı Suiryada savaşan qüvvələrdən istifadə olunacaq.

Nəticə etibarı ilə Yaxın Şərqdə yeni bir müharibə və xaos dönəminə hazırlıq görüldüyünü demək olar. İsrail və ərəb ölkələri bu mərhələdə İrana qarşı böyük koalisiya yaradıb onun ərəb dünyasındakı təsir rıçaqlarını qırmaq, küncə sıxışdırmaq istəyir. Çünki İran Yəmən, İraq, Suriya, Fələstin və Livanda ciddi təsir gücünə malikdir və faktiki olaraq Qərb-İsrail-ərəb ittifaqına qarşı vuruşur. Ərəblər hələ Obamanın zamanında İrana qarşı ciddi bir zərbə vurulmasına çalışdılar. Hətta bu məqsədlə 7 ərəb ölkəsi lideri Ameirkada Obama ilə bir araya gəldi, ancaq Vaşinqton o zaman ciddi qarşıdurmaya getmədi. Lakin indi Ağ Evin sahibi də, Amerikanın siyasəti də dəyişib.

Gələcək haqda indidən dəqiq nəsə demək çətin olsa da, bir şey aydındır: Bölgəyə yaxın zamanda sabitlik və davamlı sülh gəlməyəcək. Əksinə, mövcud müharibə ocaqlarına yeniləri də əlavə oluna bilər. Hələliksə təəssüf ki, müsəlman dünyasında proqressiv düşüncə hakim deyil, bütün anlaşmazlıqlar və mübahisəli məsələlər silah yolu ilə həll edilməyə çalışılır.(musavat.com)

 Kənan RÖVŞƏNOĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar