Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!


Qüdsü İsrailin paytaxtı kimi tanınması ABŞ və İsrailin, eləcə də onların region müttəfqilərinin mövqelərinə zərbə olmaqla yanaşı, ciddi müqavimətə səbəb olacaq


Son ana qədər tərəddüdlər olsa da, ABŞ prezidenti Qüdsü İsrail paytaxtı kimi tanıdı. Bununla da o, özündən əvvəlki prezidentlərdən fərqli olaraq yəhudilərin arzusunu yerə salmadı. Bir mənada həm də seçki vədini yerinə yetirmiş oldu.

ABŞ prezidenti Donald Tramp bu günün sonunda (Azərbaycan üçün) bəyan etdi ki, Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıyır. Eyni zamanda əlavə edib ki, ABŞ-ın İsraildəki səfirliyi tezliklə Qüdsə köçürüləcək. Kabinetin toplantısından sonra açıqlama verən Tramp bu addımı “geçikmiş qərar” adlandırıb və əlavə edib ki, “problemləri uğursuz strategiyanı yeniləyərək aşmaq mümkün deyil”.

Yəhudilər sevinclidir. İsrail baş naziri Binyamin Netanyahu Trampın qərarından dərhal sonra açıqlama yayıb və ABŞ prezidentinə təşəkkür edib. Netanyahu deyib ki, İsrail xalqı Trampa “əbədi olaraq minnətdar olacaq”.

İsrailli siyasətçi Hanan Aşravi isə BBC-yə açıqlamasında ABŞ-ın bu qərarının bölgə üçün fəlakət olduğunu və İsraildə müharibə tərəfdarlarını cəsarətləndirəcəyini bildirib.

Ancaq artıq necə deyərlər, “cin şüşədən çıxdı”. Az qala bütün müsəlman ölkələri Trampı bu addımı atmaqdan çəkindirməyə çalışdılar. Görünür, yetərli olmadı. Çünki hər kəsə aydındır ki, bu addım Fələstində sülh prosesini baltalayacaq. Ehtimal ki, artıq İsrailə qarşı fələstinlilərin ilk ayaqlanmaları da başlayıb. Çünki axşamdan etibarən İsrail polisi hazırlıq vəziyyətinə gətirilib.

Artıq ABŞ Dövlət Departamenti də diplomatik təmsilçiliklərinə müraciət edərək dekabrın 20-dək Qüds və Qərbi Şəriəyə getməməyi tövsiyə edib. Məsələ ondadır ki, İsrail Şərqi Qüdsü 1967-ci ildə 6 günlük müharibədən sonra işğal edib. 1980-ci ildə isə Qüdsü İsrailin paytaxtı elan edib. Ancaq sülh prosesinə zərbə olması ehtimalına görə, heç bir dövlət, o cümlədən ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanımayıb və ora səfirlik köçürməyib. Hətta 1995-ci ildə ABŞ Qüdsün tanınması barədə qərar qəbul eləsə də, bu qərarın rəsmiləşməsini hər il “siyasi səbəblərə” əsasən təxirə salıblar.

Çünki 1947-ci il BMT qərarına əsasən Fələstin ərazisində iki dövlət yaranmalı, Qüds isə beynəlxalq statuslu şəhər olmalı idi. Ancaq 1948-ci il mayın 15-də İsrail dövləti elan olunduqdan sonra bu qərar icra olunmadı və İsrail hər dəfə Fələstinin bir hissəsini işğal edərək, Qüds də daxil olmaqla, Fələstin torpaqlarının mühüm bir hissəsini ələ keçirib.

Qüdsün İsrailin paytaxtı kimi rəsmiləşməsi yəhudiıərin 3 min illik tarixinə söykənir. “Böyük sürgünlərdən” əvvəl mövcud olmuş paytaxtı Qüds olan İsrail dövləti 2500 ildən sonra yenidən bərpa olunmuş sayılır. Bu addımın yəhudilər üçün dini-tarixi mənası var. Ancaq bu qərar son 2 min ildə bu torpaqlarda yaşamış insanların həyatını qaraltmaq hesabına baş verməməliydi. Ancaq yəhudilər tarixin bir zamanlar onlara qarşı etdiyini min illər bərabər yaşadıqları xalqa qarşı etdilər.

Heç bir fələstinli, eləcə də müsəlman bu qərarla barışmayacaq. Ehtimal ki, bu addım böyük etirazlara, toqquşmalara səbəb olacaq. Həmçinin ABŞ və İsrail dövləti, eləcə də onların regional müttəfiqlərinin mövqelərinə ağır zərbə olacaq. Artıq Türkiyə rəsmiləri qərarı qınayan bəyanatlar veriblər. Türkiyənin xarici işlər naziri Çavuşoğlu Trampı qınayaraq, deyib ki, bu, məsuliyyətsiz, yanlış və təhlükəli qərardır: “Böyüklüyündən –kiçikliyindən asılı olmayaraq, bir ölkənin Qüdsü paytaxt kimi tanıması oranı İsrailin paytaxtı etməz”. Fələstin lideri Mahmud Abbas da qərarı məhkum edib. O, deyib ki, bu qərar əslində ABŞ-ın barış sürəcindən çəkilmə qərarıdır: “Qüds barış şəhəridir və Fələstinin paytaxtıdır”. Türkiyənin prezident aparatından bildirilib ki, bu qərar Türkiyə üçün yox hökmündədir. Artıq, Türkiyədə bu qərara qarşı küçə etirazlarına start verilib.

İran rəhbərliyi və digər müsəlman ölkələri də bu qərarı kəskin şəkildə qınayıb.(musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar