Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Rusiya ilə bağlı araşdırmaları tənqid edib

"Günahkar axtarışı maraqların toqquşmasına səbəb olub”


Donald Tramp Rusiya ilə bağlı araşdırmalara bir daha hücum edib. O deyib ki, "günahkar axtarışı" kütləvi şəkildə maraqların toqquşmasına səbəb olub.

Prezidentin Müller əleyhinə dedikləri Ağ Evin son bəyanatından bir neçə saat sonra səslənib. Ağ Evin hüquqşünası bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın xüsusi müşavir Robert Mülleri işdən çıxarmağı nəzərdən keçirmədiyini deyib. Vəkil Tay Kobb bəyanatı martın 18-də verib. Ondan öncə Tramp bir neçə tvitində Müllerin apardığı Rusiya istintaqını tənqid edib. Müller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsi və Trampın seçki kampaniyasıyla mümkün əlaqələrini araşdırır.

Trump dəfələrlə deyib ki, bu istintaqın siyasi motivli olmasına inanır, onu bəzən “əcinnə ovu”da adlandırıb. “Mediada gedən məlumatlara və administrasiyaya ünvanlanan suallar cavab olaraq Ağ Ev bildirir ki, prezident xüsusi müşavir Robert Mülleri işdən çıxarmağı nəzərdən keçirmir, yaxud müzakirə etmir”, – Kobb deyib.

Əksər demokratlar, hətta respublikaçıların bəziləri prezidenti Mülleri vəzifəsindən kənarlaşdırmamağa çağırıb, bunun konstitusiya böhranı yarada biləcəyini deyib. Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri olan Müller məhz Rusiya ilə Trampın seçki kampaniyası arasında əlaqəni araşdırmağa təyin olunub. ABŞ-da xüsusi müşavir haqqında qanun ona istintaq çərçivəsində aşkarladığı istənilən cinayəti araşdırmağa imkan verir. (Amerikanın Səsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar