Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Qətərdən necə xərac aldı?


Üç gün çəkmədi ki, Britaniyada çıxan “The İndependent” qəzetinin yazdıqları doğruldu


Bu qəzet ABŞ prezidenti Trampın ərəb qardaşları tərəfindən mühasirəyə alınan, boykot edilən Qətər dövlətindən şəxsi biznesinin intiqamını aldığını yazmışdı.

Yazıda qeyd olunurdu: “Cənab Tramp və onun qızı İvanka bundan 7 il əvvəl Qətərə gəlibmişlər. Onlar Qətərdə investisiya dəstəyi almaq üçün iki Qətər rəsmisinə yaxınlaşıblar. Onlardan biri Qətər investisiya şurasının üzvü Hüseyn əl-Abdullah, digəri isə hakim ailədən o vaxtlar baş nazir olan Şeyx Həmid bin Qassem ət-Tani olub. Trampın o sövdələşməsi baş tutmayıb”.

“The İndependent” yazırdı ki, Qətərə qarşı bu kampaniyanın sifarişçisi Donald Trampdır.

“Yeni Müsavat”ın 16 iyun sayında çıxan “Ortada mlyardların söhbəti var” başlıqlı felyetonda isə göstərilirdi ki, görünür, ABŞ prezidenti Qətər əmirini Ağ Evə ona görə çağırırdı ki, onunla əlverişli saziş bağlasın və Qətəri öz himayəsinə götürüb Səudiyyə Ərəbistanına tapşırsın.

Hər şey necə də düz gəldi. Ortada gerçəkdən də milyardların söhbəti olduğu təsdiqləndi. Dünən Qətərin Müdafiə Nazirliyi ABŞ-dan 12 milyard dəyərində F-15 döyüş təyyarəsi almaqla bağlı razılığa gəlib.

Belə anlaşılır ki, Qətər 12 milyard həcmində xərac ödəyərək canını qurtarmağa çalışır və artıq bunun təminatını alıb.

Bəs ABŞ dünənə qədər terror təşklatlarına dəstək verməkdə suçlaığı Qətərlə nə tez barışdı və onunla silah ticarətinə dair sazişi necə imzaladı?

Bu qəfil fikir dəyişikliyi də sübut edir ki, ABŞ Körfəz avantürasından Qətərdən pul qoparmaq üçün yararlanıb.
Tramp iki həftə öncə Səudiyyə Ərəbistanından da 100 milyard dollardan artıq pul qopartmış, onunla silah ticarətinə dair saziş imzalamışdı.

İşə baxın, ərəb dövlətləri bir-birilə çəkişir, öcəşir, düşmənçilik edir, arada qazanan okeanın o tayındakı superdövlət olur.
Təsdiqlənir ki,Tramp gerçəkdən də yeni tipli siyasətçidir. O, uzun-uzadı diplomatik danışıqlar apamağı sevmir, prosesin öz axarıyla sürüb getməsini istəmir, şərtlərini kobud bir şəkildə diktə edir, özünün və dövlətinin mənafeyi olan yerdə dünya ictimaiyyətinin nə deyəcəyi onu düşündürmür.

Tramp dünyaya yeni oyun qaydaları təklif edir: dünya hegemonu ABŞ-dır, hamı onunla hesablaşmalıdır, kim hesablaşmasa, haqq-hesab çəkərik.

Hələlik Tramp əlinin suyunu Qətərə dadızdırdı, necə deyərlər, onu sındırdı.

Bu davranışın davamı da olacaq. Bir müddətdən sonra Tramp eyni fəndi başqa varlı ölkələrə də tətbiq etməyə çalışacaq. Ancaq onun hər dəfə uğurlu olacağını bilmək olmaz.

Elə dövlətlər var ki, onlar Qətər kimi dərhal əllərinin arxasını yerə qoymayacaqlar, müqavimət göstərəcəklər.

Qətərin öz ərəb qardaşlarına və ABŞ-a dirəşə bilməyəcəyi öncədən bəlliydi. Xanədanlıqların hamısı belədir. Onlar güclərini xalqdan almadıqları, hakimiyyəti itirməyə ölüm hadisəsi kimi baxdıqları üçün daima güzəştə getməyə, təslim olmağa məhkumdurlar.

Qətərin yerində başqa bir dövlət olsaydı, hakimiyyətdə olan iqtidar komandası istefa verər, dövlətin ümdə mənafelərinə zərbə olacaq addım atmazdılar.

Xanədanlıqlarda isə dövlət və hakimiyyət eyni şeydir.

Tramp və onun kimilər bunu bilir və gen-bol faydalanırlar.

Hər halda bu hadisə göstərir ki, dünya sürətlə köhnə əyyamlara, iri dövlətlərin kiçikləri vassala çevirdiyi və vaxtaşırı xərac aldığı dövrlərə qayıdır.

Keçmişdə adına xərac deyilən və xurcun-xurcun qızıldan, top-top ipək parçalardan, ilxı-ilxı atlardan, dəvələrdən ibarət olan bəxşişlərin adı indi “milyardlıq ticarət sazişi”dir. Böyük dövlətlər öz istehsal etdikləri inventarları böyük partiya ilə iri məbləğ qarşılığında kiçiklərə sırıyırlar, iş bitir.(musavat.com)

Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar