Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Kral Salmandan 4 milyard dollar istədi


ABŞ Prezidenti Donald Tramp Suriyadan amerikalı hərbçiləri çıxartmaq üçün Səudiyyə Ərəbistanı kralı Salmandan 4 milyard dollar yardım istəyib


Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.

Qəzet Amerika elitasında təmsil olunan mənbələrinə istinadla qeyd edib ki, 2017-ci ildə Donald Tramp və Kral Salman arasında telefon danışığı baş tutub. Həmin danışıq zamanı Tramp Suriyada olan amerikalı hərbçilərin ölkədən sürətlə çıxarılması üçün 4 milyard dollar maddi dəstək istəyib.

“Vaşinqton Post”a danışan ABŞ rəsmiləri Prezident Trampın bu müzakirənin sonunda kralla razılığa gəldiyinə inandıqlarını qeyd ediblər.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Trampın Kral Salmandan 4 milyard dollar istədiyinə dair iddiaları şərh etməyib.

Ancaq qəzet bildirib ki, Ağ Ev İŞİD işğalından azad edilən bölgələrin yenidən qurulması üçün Səudiyyə və digər ölkələrdən maliyyə istədiyini açıqlayıb.

Qəzet iddia edib ki, Suriya lideri Bəşər Əsədin və onun müttəfiqləri olan Rusiyaİranın azad etdiyi ərazilərdə nəzarətin ələ alınması, habelə İŞİD-in yenidən bu ərazilərdə ortaya çıxmasına mane olmaq üçün ABŞ ötən ay Suriyada təhlükəsizlik məsələlərinə 200 milyon dollar xərcləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Ən çox oxunanalar