Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp İrana sürpriz hazırlayırmı?


Nüvə müqaviləsini nə gözləyir?


Nüvə proqramı ilə əlaqədar İranla bağlanmış müqaviləyə görə məyusedici günlər olacaq. 

Tehran və Vaşinqton müqaviləni fərqli anlayırlar. Donald Trampın qələbəsi özü ilə bərabər daha çox suallar gətirir. Müqavilənin rəsmi olaraq qüvvəyə minməsindən demək olar ki, bir il ötüb.

Həmin müqaviləyə əsasən İran öz nüvə proqramını azaltmalı və buna görə də çoxsaylı sanksiyalardan azad olmalıdır. Lakin müqavilənin gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

Çərşənbə axşamı beynəlxalq komissiya müqaviləni dəfələrlə tənqid edən Donlad Trampın vəzifəsinə başlamasına qədər özünün axırıncı toplantısını keçirir.

Bu arada isə Tehran Haşimi Rəfsəncanini dəfn etdi. Müqaviləni dəstəkləyən Rəfsəncani islahatçılar koalisiyasını və praqmatikləri müqaviləyə cavabdehlik daşıyan prezident Ruhaninin ətrafında saxlayırdı.

- Vaşinqtonun mövqeyinin sərtləşməsi
ABŞ Konqresi İrana qarşı sanksiyalar qanununu uzatmaq qərarı verib. Həmin uzadılmış vaxt dekabr ayında bitir. Obama administrasiyası bu addımı lazımsız adlandıraraq, İrana bildirib ki, müqavilənin şərtlərinə uyğun olaraq sanksiyalar durdurulacaq.

Tehran sanksiyaların uzadılmasını müqavilənin pozulması kimi dəyərləndirib. İranın xarici işlər naziri Cavad Zərif ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İrandan ibarət olan komissiyaya şikayətini bildirib. Vyanadakı görüşlər Trampın andiçmə mərasiminədək müqavilədəki bəzi bəndləri aydınlaşdırmağın sonuncu imkanı olacaq.

Heç kim respublikaçı yeni prezidentin müqavilə ilə necə davranacağını söyləyə bilməz. Tramp həmin müqaviləni dəfələrlə tənqid edib. Trampın xarici siyasət komandasının aparıcı nümayəndələri ya İranı ABŞ-ın əsas düşməni hesab edirlər, ya da onlar keçmişdə Tehran rejiminin dəyişdirilməsinə çağırışlar ediblər.

Konqresdəki sərt xətt tərəfdarları keçən il İrana ixrac məhsulları göndərən müəssisələri “Boeing” aviaşirkətinin köməyi ilə əngəlləməyə cəhd göstəriblər. Onlar uğursuzluğa düçar olublar, çünki Obama onların çıxaracağı qərarlara veto qoyacağı xəbərdarlığını etmişdi. Lakin onlar öz cəhdlərini Trampın dövründə də təkrarlamağa çalışacaqlar.
Trampın qələbəsi ilə mövqelərini möhkəmləndirən İrandakı sərt xətt tərəfdarları isə Vaşinqtonu özünəməxsus şəkildə girova çevrilən Amerikan-İran vətəndaşlarının həbsi ilə təxribata çəkir.

Əgər İran Amerikanın nüvə müqaviləsini pozmasını sübut edərsə, onda o öz nüvə proqramını tamamilə bərpa edə bilər. Ekspertlərin sözlərinə görə, İran nüvə proqramını davam etdirərsə, iyirmi ayın içərisində nüvə dövlətinə çevrilər. Əgər dünyanın qalan hissəsi müqavilənin pozulmasında Amerikanı günahlandırarsa və İran ilə iqtisadi əlaqələri yenidən qırmaq istəməzsə, onda İranın əsas rəqibləri – ABŞ, İsrail və Səudiyyə Ərəbistanı təcrid vəziyyətinə düşə bilər.

Müşahidəçiləri ilk növbədə İranla bağlanmış müqaviləyə Vaşinqtonun riayət etməyəcəyi narahat edir. Bundan əlavə müqavilənin necə irəliləyəcəyi Tehrandakı hadisələrin inkişafından da asılıdır. Rəfsəncaninin vəfatı ilə ilə əlaqədar prezident Ruhani və islahatçılar düşərgəsi özlərinin nüfuzlu müttəfiqini itirdilər. Belə ki, Rəfsəncani sərt xətt tərəfdarlarının qarşısını ala bilərdi.

- Ruhani duruş gətirə biləcəkmi?
Hadisələrin inkişafı Ruhaninin islahatçılar və praqmatikləri bir arada saxlayıb özünün yenidən seçilməsini təmin etməsindən asılıdır. Müqavilə ilə bağlı işlərin heç də hamar getməməsi barəsində əksər iranlıların narazılıqları Ruhaninin xeyrinə deyil. Çünki ilk növbədə İranın maliyyə müəssisələri Amerikanın sanksiyalarından bərk ehtiyatlanırlar. (azpolitika.info)

(“Neue Zuercher Zeitung”-İsveçrə)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar