Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Avropanı sıxdı, onu İŞİD-lə savaşa cəlb etdi - Qərb mətbuatı


Tramp öz çıxışında Rusiyanı təşkilat üçün ən böyük təhdidlərdən biri adlandırıb


 Bundan başqa, o, alyans üzvlərini terrorizmlə mübarizəyə daha çox diqqət ayırmağa, habelə, üzv dövlətləri müdafiə xərclərində ədalətli pay bölgüsünə əməl etməyə çağırıb. 

Tramp bununla NATO üzvlərinin öz ÜDM-lərinin 2%-nin təşkilatın büdcəsinə ayırmaq barədə tələbindən geri dönmədiyini nümayiş etdirib.

Ekspertlərin rəyinə görə, ABŞ prezidenti xarici siyasətdə də əsl ticarət adamı kimi “birini ver, ikisini al” prinsipinə sadiq qaldığını göstərib. O Rusiyanın təhlükə olaraq adlandırması müqabilində ən azı təşkilatın İŞİD-ə qarşı mübarizəyə qoşulmasını təmin edib.

Təşkilatın qazancı isə Trampın NATO nizamnaməsinin 5-ci maddəsinə (Təşkilat üzvlərinin xarici təhlükə qarşısında bir-birini müdafiə etmək üzrə öhdəliyi barədə-red.) sadiqliyi barədə dilucu söylədiyi sözləri olub.

“Beləliklə, Tramp ABŞ-ın hücuma məruz qalan istənilən müttəfiqinin dadına yetişmək məsələsi ilə bağlı bir neçə aydır davam edən susqunluğuna son verdi.”, The New York Times-dan Maykl Şir və Mark Lender yazır.

“Trampın Avropaya gəlişi böyük gərginliklə gözlənilirdi. Çünki ABŞ prezidenti dəfələrlə həm NATO, həm də Avropa Birliyinin məqsədəuyğunluğunu şübhə altına alan fikirləri qitə dövlətlərində olduqca böyük çaşqınlığa səbəb olmuşdu”,-Almaniyanın Die Presse qəzetindən Martin Traut yazır.

Müəllif Trampın Alyansı İŞİD-lə mübarizəyə cəlb etməyə nail olduğunu, təşkilat üzvlərinin ÜDM-lərinin 2%-ni ümumi xəzinəyə ayrımalı olduğu tələbindən də vaz keçmədiyini qeyd edib.

Lakin Avropa, xüsusilə İtaliya Trampın səfər zamanı verdiyi bəzi bəyanlarından müəyyən dərəcədə razı qalıb. 

“Huffington Post Italia” nəşrinin yazarı Ancela Mauronun yazdığına görə, ABŞ prezidenti Rusiyanın Krım və Ukraynaya görə məsuliyyət daşıdığını, habelə Rusiyaya qarşı trans-Atlantik vəhdətin vacibliyi, o cümlədən Kremlin Minsk razılaşmalarına əməl etməli olduğu barədə bəyanları ilə Avropa liderlərini xeyli məmnun edib.

“Lakin Trampın da öz hesabları var. Ona NATO-nun 27 ölkəsindən daha çox pul qoparmaq, habelə onları İŞİD-lə savaşa çəkmək lazımdır”, - jurnalist qeyd edir.

NATO liderləri alyansın rəsmi olaraq İŞİD-lə mübarizəyə qoşulması barədə Trampın tələbini yerinə yetirməli oldular. Hərçənd Almaniya və Fransa əvvəllər Ağ Evin bu tələbinə böyük müqavimət göstərirdilər”, -Financial Times-dan Artur Bizli və Corc Aprker sammitin nəticələrinin Ağ Evin yeni rəhbərliyi üçün qaneedici olduğu qənaətinə gəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar