Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp 117 milyard dollarlıq sövdələşməni blokladı

Prezident Donald Tramp Sinqapurda yerləşən “Broadcom Limited” şirkəti tərəfindən ABŞ-ın “Qualcomm” şirkətinin satın alınmasını bloklayıb


Lent.az-ın xəbərinə görə, Tramp bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qualcomm”un satın alınması barədə təklif, eləcə də başqa bu cür alış, birbaşa və ya dolayı birləşmə qadağan olunur. D. Tramp “Broadcom” tərəfindən birləşmiş şirkətin rəhbəri vəzifəsinə irəli sürülən 15 namizədi də rədd edib.   
 
“Alıcı və “Qualcomm” nəzərdə tutulan birləşmədən dərhal və birdəfəlik imtina etməlidir. Birləşmə əməliyyatının dayandırılmasına yönəlmiş fəaliyyətlər başa çatdırıldıqdan sonra alıcı və “Qualcomm” bu barədə Birləşmiş Ştatların xarici yatırımlara dair Komitəsinə məlumat verməlidir”, - deyə sərəncamda bildirilir.
 
Qeyd edək ki, “Broadcom” “Qualcomm”u 117 milyard dollara satın almağa hazırlaşırdı. Lakin sövdələşmə Ağ Evin narahatlığına səbəb olub. Belə ki, sövdələşmənin gerçəkləşəcəyi təqdirdə, Sinqapur şirkəti ABŞ-ın mobil cihazlar üçün ən böyük çip istehsalçılarından biri üzərində nəzarət əldə edəcəkdi.      

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar