Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp-Kim zirvəsi: ABŞ təhlükəsizlik zəmanəti verirmi?

İyun 12-də Şimali Koreya lideri Kim və ABŞ prezidenti Tramp arasında keçiriləcək zirvədə və sonrakı görüşlərdə həll edilməli olan əsas məsələ heç də Şimali Koreyanın nüvəsizləşdirilməsi deyil


 Əksinə, Pxenyanın buna hazır olduğu artıq açıq-aydındır. Amma ABŞ-ın Şimali Koreyanın təhlükəsizliyinə təminat verməyə hazır olub-olmadığı bəlli deyil.

Şübhəsiz, Pxenyan öz nüvə silahını torpağa gömə bilər. Söhbət, əlbəttə, yalnız prosesdən gedir.

ABŞ heç bir qarşılıqlı öhdəlik olmadan birtərəfli nüvəsizləşdirməyə təkid edirsə, bunu etməyəcəkdir. Tanınmış amerikalı diplomatı Corc Kennanın təbirilə, başqalarının təhlükəsizlik ehtiyaclarını eyni legitimliklə təmin etməyən milli təhlükəsizlik anlayışı mənəvi tənqidə açıqdır.

Bu mənada, ABŞ-ın Koreya yarımadasına sülh və təhlükəsizliyin təmin edə bilməməsinin tarixi nümunələri çoxdur. Ardıcıl ABŞ administrasiyaları Pxenyan üçün məqbul təhlükəsizlik tənzimləməsini təqdim və təmin etməyib, dəfələrlə müqavilə imzalama imkanlarından uzaqlaşıblar.

Milli təhlükəsizlik məsləhətçisi Con Bolton və vitse-prezident Mayk Pens tərəfindən dilə gətirilən son ifadələr ritorikanı kəskinləşdirib və planlaşdırılan sammitin müvəqqəti dayandırılması ilə nəticələnib. Bu, Vaşinqtonda əvvəlki münasibətin davam etdiyini göstərir. 64 il bundan əvvəl də ABŞ müzakirəçiləri məsələyə eyni dil və düşüncə tərzi ilə yanaşırdı.

1954-cü ildə, Koreya yarımadasının taleyini həll etmək üçün Çin, ABŞ, Böyük Britaniya və Fransa toplaşdığı Cenevrə konfransında Birləşmiş Ştatların dövlət katibi Con Foster Dalles əslində, öz düşmənlərindən təslimçiliyə yaxın bir şey tələb edən çətin bir mövqe tutdu.

Koreya müharibəsində iştirak edən bütün tərəflərin imzaladığı 1953-cü ilin müvəqqəti sülh müqaviləsi siyasi məsələni həll etmək üçün sonradan yaxşı niyyətli danışıqlara əsaslansa da, o, Çinlə danışıqlar aparmaqdan imtina etdi. Dalles Çin səfiri Çjou Enlayı təhqir etmək üçün onun əlini sıxmadı və konfransdan qaçaraq çıxdı.

1957-ci ildə ABŞ Koreya yarımadasına nüvə silahlarının tətbiqini açıqlamaqla, sazişin 13 (d) maddəsini birtərəfli şəkildə ləğv etdi. Növbəti il Cənubi Koreyaya nüvə silahlı “Honest John” raketlərini yerləşdirdi. Bunun nəticəsi olaraq, yarımadaya əlavə silah və ya hərbi personal gətirən bütün tərəflərin qarşısını almaq üçün yaradılmış Neytral Ölkələrin Nəzarət Komissiyasının rolu sarsıldı.

1960-cı illərdə (Kennedi və Conson administrasiyaları zamanı) ABŞ və Şimali Koreya arasında düşmən münasibətlər mövcud idi. 1968-ci ildə şimali koreyalılar ABŞ Dəniz Qüvvələrinin kəşfiyyat gəmisi “USS Pueblo”nu ələ keçirdi. 1969-cu ildə ABŞ-ın casus təyyarəsi Şimali Koreyanın “MIG-21” qırıcısı ilə vuruldu, 31 heyət üzvü öldürüldü.

1970-ci illərdə Şimali Koreya fərqli bir siyasət qəbul etdi və o, bu günədək davam edir. 1954-cü ildə olduğu kimi, Pxenyan sülh müqaviləsinin yarımadada təhlükəsizliyə nail olmaq üçün zəruri forma sayırdı. ABŞ Konqresinə göndərdiyi 1974-cü il tarixli məktubunda Pxenyan ABŞ-a rəsmən sülh danışıqlarını təklif etdi. Bu tələbə cavab olaraq Nikson və Ford administrasiyaları heç bir addım almadı.

Sonralar Şimali Koreya lideri Kim İr Sen Cimmi Karterlə sülh razılaşması ideyasını qaldırdı, ancaq bundan heç bir şey çıxmadı. Karterin siyasəti Cənubi Koreyada ABŞ əsgərlərinin sayını azaltmaq olsa da, Pentaqon buna qarşı çıxdı.

Prezident Ronald Reyqan 1981-ci ildə vəzifəyə gəldikdə, ABŞ əsgərlərinin sayını artırdı. O, fəlsəfi olaraq sülh müqaviləsinə qarşı çıxdı və Cənubi Koreyanı mühasirəyə aldı. Reyqanın varisi ata-Buş xaricdə yerləşdirilən nüvə silahlarını geri çəkdi, Cənubi Koreyada ABŞ əsgərlərinin sayını yetərincə azaltdı, ancaq sülh müqaviləsini müzakirə etməyi ciddi hesab etmədi.

1993-2001-ci illərdə iqtidara gələn prezident Bill Klinton dondurulmuş Koreya münaqişəsinin həllinə nail olmaq üçün öz sələflərindən daha realist oldu. 1994-cü ildə Razılaşdırılmış Çərçivə və 2000-ci ildə Vaşinqton və Pxenyan arasında Birgə Bəyanat əhəmiyyətli mərhələlər idi. Ancaq demək olar ki, on ildir yüksək səviyyəli sülh mühiti oğul-Buşun “quzgun” xarici siyasəti və Şimali Koreyanı “şər oxu”na daxil etmək qərarı ilə keçmişdə qaldı.

2003-cü ildə ABŞ “Siyasi və iqtisadi əlaqələrin tam şəkildə normallaşmasına doğru” hərəkət etmək üçün razılaşdığı Çərçivə Konvensiyasının 2-ci maddəsində verdiyi sözü yerinə yetirmədi. Buna görə də, Şimali Koreya Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxdı.

Altıtərəfli danışıqlar 2003-cü ildə keçirildi, lakin Buş administrasiyası düşmən mövqedə qaldı və danışıqlar qeyri-mümkün oldu.

2006-cı ildə Pxenyan keçən ilə qədər davam edən nüvə sınaqlarına başladı. Obama administrasiyası 2009-cu ildə iqtidara gəldikdə, bu, ciddi sanksiyalara əsaslanan və Şimali Koreya rejiminin dağılmasına ümid etməklə, “strateji səbr” siyasətini qəbul etməyə üstünlük verdi. Amma bu plan işləmədi.

Koreya yarımadasında sülh və təhlükəsizliyi təmin etmək üçün Vaşinqtonun ardıcıl uğursuzluqları işığında, 2011-ci ilin dekabrında hakimiyyətə gələndən Kimin strategiyası aydındır. Sanksiyaların müəyyən dəqiqliyinə baxmayaraq, ölkəsinin nüvə və qitələrarası ballistik raket sınaqlarını artırıb, lakin onları daha çox sülh müqaviləsi tələb edib. 2012-16-cı illər arasında Pxenyan ən azı beş rəsmi bəyanatı dərhal sülh müqaviləsinin bağlanması zərurətini təkrarlayıb.

Bu strategiya martın 6-da Şimali Koreya rejimi və Cənubi Koreya prezidenti ilə birgə ifadə olunub. Şimali Koreyanın “nüvə silahlarını saxlamaq üçün heç bir səbəbi yoxdur” dediyi bəyanatda, həmçinin “Şimali üçün hərbi təhdid aradan qaldırıldı və təhlükəsizlik təmin edildi” deyilir.

Şimali Koreya indi nüvə dövlətidir. Onun təklifi masadadır və güc mövqeyindən danışıqlar aparır. Prezident Tramp öz sələflərinin nail olmadıqlarını və Şimali Koreya ilə müharibə vəziyyətinin sona çatması, düşmən münasibətlərinin dayandırılması və sülh müqaviləsini təklif etməsi üçün fürsəti yaxşılaşdırmalıdır.

Top yenə Vaşinqtonun sahəsindədir.

Maykl Pempbroke

“Əl-Cəzirə”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar