Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toydan sonra tanışını bıçaqlayan gənc cəzalandırıldı


Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon sakini Rəyal İsmayılovun (1990-cı il təv.) CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb


Oxu.Az cinayət işinin materiallarına istinadən xəbər verir ki, ötən il iyunun 10-da Rəyal İsmayılov Xətai rayonunun Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evində keçirilən tanışının toy məclisində iştirak edib. Axşam saat 23 radələrində onunla bir masada əyləşən tanışları Emin Nərimanov və Eldar Əhmədovla aralarında mübahisə yaranıb, həmin söz-söhbəti şadlıq evindən kənarda aydınlaşdırdıqdan sonra, yenidən toya qayıdıblar.

Bir müddət sonra Eldar və Emin sağollaşaraq toydan çıxıblar, sərxoş vəziyyətdə olan Rəyal onların arxalarınca gedib və Xocalı parkında arxadan yaxınlaşıb heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, üzərində gəzdirdiyi bıçaqla Əhmədovun böyür nahiyəsindən 1 zərbə vuraraq, ona ağır zərər vuran bədən xəsarəti yetirib. Yaralı Kliniki Tibbi mərkəzə çatdırılmaqla həyatı xilas olunub, səhərisi gün İsmayılov Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində Rəyal İsmayılov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi işi apellyasiya şikayətləri əsasında araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar