Xəbər xətti

14 DEKABR

0:44 “Makiyajsız çirkinsən“ deyən izləyicisini cavabı ilə susdurdu

0:33 “Sülhə doğru hərəkət edək“

0:22 Türkiyədə Azərbaycan əsilli Gürcüstan vətəndaşı öldürüldü

0:01 Bugün bürcünüz nələr vəd edir?

13 DEKABR

23:55 Kanada da Ukraynaya öldürücü silah verəcək –Hökumətdən qərar

23:40 Klublararası dünya çempionatının finalçıları müəyyənləşib

23:33 Mikayıl Cabbarov büdcəni artırdı: şərt qoydu

23:12 FED uçot dərəcəsini artırıb

23:05 “Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq”

22:40 Biləsuvar sakini evində yanaraq ölüb

22:33 2 məhbusun qaçmasına görə tutulan qarovul rəisi səhlənkarlığını etiraf edib

22:05 “Qarabağ”ın U-19 komandasından ayrılacam” – Rəşad Sadıqov

21:40 Noyabrda ölkə ərazisində 94 sürüşmə hadisəsi qeydə alınıb

21:33 Dünyanın ən etibarlı evi tikilib- ABŞ-da

21:20 “Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır“

21:12 Qazaxda 35 yaşlı qadın bıçaqlanıb

21:05 MKİ-nin Türkiyə nümayəndəsi polis idarəsinə çağırılıb

20:50 Ərdoğan və Ruhaninin görüşü keçirilir- İstanbulda

20:46 Bakı aeroportunda Hindistan bankının eks-sədrinin başına nələr gəlib?

20:33 Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

20:05 Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb

19:44 Azərbaycan əhalisi aylıq pərakəndə ticarət xərclərini 16% artırıb

19:35 “Tarixi sammit keçirdik, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi”

19:33 “Döyüldüyünü iddia edən keçmiş SOCAR əməkdaşı təxribatla məşğuldur”

19:05 Nazirlər Kabinetində ştat sayı artırılıb

18:50 Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

18:40 “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

18:33 Barama ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib

18:24 “Şərqi Qüds Fələstinin paytaxtıdır”

18:12 Fələstin İsraillə bütün sazişləri ləğv etdi- Mahmud Abbasdan bəyanat

18:05 Daha bir məhbus naməlum şəraitdə öldü

18:00 Arif Rəhimzadənin oğluna vəzifə verildi

17:53 Qurban Qurbanov:“Rəşad bu təyinatlara razı deyildi”

17:48 Davosdan İstanbul Zirvəsinədək məzlumların səsini çatdırmaq missiyası

17:44 Səudiyyə Ərəbistanının vəliəhdi İsrailə dəvət edilib

17:39 Cocuq Mərcanlıda 11 ədəd partlamamış hərbi sursat tapılıb

17:35 Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı

17:35 Azərbaycanlı alimə ölüm hökmü verildi

17:31 Qırğızıstanda məktəblərdə mobil telefonlar qadağan oluna bilər

17:26 Türkiyə amerikalı agentləri axtarışa verdi

17:23 Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutuldu

17:17 Ruhanidən Qüdslə bağlı islam dünyasına 7 təklif

17:12 Bu gün Meksikada 7 zəlzələ baş verib

17:06 Ərdoğanın Qüds mövqeyində hansı təzad var?

17:01 1444 vəzifəyə işçi axtarılır - Müsabiqə

16:55 ABŞ-ın Rusiyadakı səfiri: “Krım Ukraynadır”

16:50 “Ərəb ölkələri ABŞ-a böyük zərbə vura bilər”

16:44 İlham Əliyev: “Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”

16:37 “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir”

16:31 “Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq”

16:26 “Prezident aldadılmasının gec-tez fərqinə varır” - Elçin Şıxlı

16:22 Göygöldə yaşlı kişi dəm qazından öldü

16:17 Polis futbolçuları güllələdi

16:13 Avtovağzaldan oğurluq edən qadın tutuldu

16:09 “Qızım ürək tutmasından ölüb”

16:05 Çantada daşınan 3D-printer yaradıldı

16:01 Yaxın Şərqin bəlalarında erməni barmağı – Təhlil

15:56 “Azəriqaz”ın 2 milyondan çox abonenti var

15:52 “Neftçi” qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək

15:47 Zorrealizm, vurrealizm, hırrealizm: qeyri-adi cərəyanlarımız

15:45 Kreml: “Krım mövzusu müzakirə edilə bilməz”

15:41 Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

15:41 FES-in faiz artımı manata necə təsir edəcək?

15:36 Nalbandyan: “Türkiyə ilə imzalanan protokolu ləğv edəcəyik”

15:35 Trampın Qüds qərarı Vaşinqtonun, yoxsa Moskvanın işinə yaradı? - Politoloq rəyi

15:30 Ruhani Amerikanı ittiham etdi

15:25 Ərəbistan Yəməni vurdu

15:21 Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib

15:16 Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

15:12 2017-ci ilin rəmzi komandası açıqlandı

15:07 Vahid Əhmədov “vurulan” nazirdən danışdı

15:03 “Instagram”dan yenilik

14:59 “OKSİAM-B” göz damcısı saxta çıxdı

14:55 Fələstin İsraillə bütün sazişləri ləğv edir

14:51 Qiyam zamanı həlak olan polisin oğluna vəzifə verildi

14:47 HƏMAS lideri saxlanıldı

14:42 Putinin sürpriz Yaxın Şərq səfəri - Təhlil

14:37 Türkiyədə yüzlərlə tələbə kütləvi zəhərlənib

14:33 “Kiçik insident böyük müharibəyə səbəb ola bilər”

14:29 “ABŞ bundan sonra bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək”

14:25 Əhali bu il ərzağa 14,2 mlrd. manat xərcləyib

14:21 Konstitusiyanı hansı qoşunlar qoruyacaq?

13:58 Monitorinq başa çatdı

13:53 Bitkoin ucuzlaşdı

13:47 Azərbaycanlı biznesmen “Çerkizovo”nu satır

13:42 Əmək kitabçaları niyə ləğv edilmir?

13:36 Sabahın hava proqnozu

13:32 “Heydər Əliyevin adı Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür”

13:28 Səhiyyə Nazirliyi meyitlərdən orqan köçürülməsi barədə

13:24 ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər

13:19 Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir

13:15 Bu gün Barışla Sanqu Bakıya gəlir

13:11 AFFA Klublar Komitəsinə yeni sədr seçilib

13:06 Ərdoğan: “İsrail işğalçı və terrorçu dövlətdir”

13:03 Məhkəmə Fədayə Laçının vəsatətini təmin etmədi

13:00 Amaliya Pənahova: “Rasim Ocaqov dedi, ərinizdən qorxdum”

12:56 Bakının 5 qəsəbəsində su olmayacaq

12:51 Bakcell “BakuTel-2017” sərgisinin ən orijinal stendi seçilib

12:47 Azərbaycanda neft hasilatı 6% azaldı

12:46 “Bu bütün dünyanın iqtisadi mənzərəsinə təsir edən qərar olacaq” – Natiq Cəfərli

12:44 Bankomatlardan yarım milyon pul oğurladı

12:40 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

12:36 Türkiyənin tanınmış iş adamı oğlunu öldürüb

12:33 İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir

12:27 Günel Rza Zərrabdan yazdı

12:24 “Paytaxt Qüds” ssenarisinin alt qatları - Təhlil

12:20 Seçicilər daha məntəqənin girişində yoxlanılmayacaq

12:16 Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib

12:12 Şahzadə yazıçını mükafatlandırdı

12:09 İstilik sistemləri sağlamlığa zərər vurur

12:05 ABŞ-ın müdafiə büdcəsi müəyyənləşdi

12:02 Boğaz ağrısını azaldan təbii çay reseptləri

11:58 Sabiq hərbi prokuror: “FETÖ növbəti hücuma hazırlaşır”

11:53 Afaq Aslanın çılpaq fotolarındakı qüsur

11:49 Xəbərdarlıq: tələbələr bu hallarda ali məktəbdən qovulacaq

11:45 Rusiya Türkiyəyə 2,5 milyard dollarlıq “S-400” satacaq

11:41 Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi

11:36 Bu gecə Yer kürəsində güclü meteorit yağışı olacaq

11:33 Rəşad Sadıqov iki milliyə baş məşqçi təyin edildi

11:28 Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb



ƏDƏBİYYAT

...

Toydan əvvəl bir yerdə olmaq

Tarix 24.07.17, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Necə oğlandır? Necə olacaq, evi-eşiyi, maşını, işi-gücü. Evlənmək üçün daha nə lazımdır ki?


Bəs insanların bir-birinə uyumu, münasibəti, hörmət-izzəti, sevgi-sayğısı? Bunlar olmadan necə ev-eşik qurmaq olar? İki adam bir-birini yetərincə tanımasa, bir ömür boyu bir yerdə ola bilərmi? Mentalitet dediyiniz şey budurmu?
 
Ailə məsələlərindən bəhs edən bir tədbirdə iştirakımı xatırlayıram. Mütəxəssisi deyirdi ki, Avropada ailələr daha sağlam qurulur, çünki cavanlar bir neçə il bir evdə yaşayır, bir-birilərinə bələd olur, çox şeyin üst-üstə düşdüyünə əmin olanda evlənməyə qərar verirlər.
 
- Bəs milli mentalitet? - kimsə yerdən replika atdı.
 
- Mentalitet cavanların toya qədər bir yerdə yaşamasına icazə vermədiyi üçün alternativ yollar tapmaq olar, - mütəxəssis əminliklə söylədi.
 
İstədim deyəm, ay rəhmətliyin nəvəsi, bizim mental dəyərlər heç evlənən gənclərin fikri ilə hesablaşmır, o ki qaldı toyaqədərki münasibətlərə rəvac verə.
 
Heç kimə sirr deyil ki, çox zaman ailələr tapışıb anlaşır.  Hər kəs istəyir ki, gəlini, ya kürəkəni tanıdığı, imkanlı, ad-sanlı ailədən olsun, cavanların xarakteri, bir-biri ilə yola gedib-getməyəcəyi isə heç kimi maraqlandırmır. Sanki cavanlar vizual olaraq nikaha girir, əsas “evlənən” ailələrdir.
 
“Mən şəkillə ərə getmişəm!” - bəzən fəxrlə belə sözlər deyilir.
 
Şəklə baxaraq evlənmək olarmı? Axı mebeldən deyil, canlı insandan söhbət gedir! İnsanlar öz həyatlarına necə belə laqeyd yanaşa bilirlər? Yəni bir ömür sürəcəyi insanın xarakterinin, özəlliklərinin onun üçün heç bir əhəmiyyəti yoxdur? Yəni mentalitetin sinonimi cəhalətdir?
 
Ailələrin təkidiylə evlənən cavanlar öz həyatları ilə yaşamırlar. Onları ailələri idarə edir. Yemək-içmək, uşağın məsrəfləri və s. böyüklər təyin edir. Gəlin də istər-istəməz qaynanasına və qaynatasına tabe olur. Bu yerdə Nəsibə xanımın replikası yada düşür: “Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da duracaq!”
 
Vay o gündən ki, gəlin qaynanasının onu qoyduğu yerdə durmaq istəməsin. Onda gəlinin günü göy əskiyə düyüləcək.
 
Söz vaxtına çəkər, keçən il yay ayları rəfiqələrimin biri ailə qurmaq ərəfəsindəydi. Rəfiqəm 25 yaşlarında, təhsilli, ağıllı-kamallı bir qızdır. Təşəbbüs oğlanın valideynlərindən gəlirdi. Qızın ailəsi kifayət qədər imkanlı idi və görünür, oğlangil bu imkandan faydalanmağı düşünürdülər.
 
Xoşbəxtlikdən oğlanla qız öz aralarında dil tapmışdılar və hər şey yaxşı gedirdi. Amma oğlanın valideynlərini bir məsələ açmırdı; onlar gedişatdan anlamışdılar ki, yeni qudalarından lazımınca faydalana bilməyəcəklər. Oğlanın anası işi belə görüb bir-birinin arxasınca müxtəlif bəhanələr gətirməyə başladı. Əsası olmayan bəhanələr iki ailə arasındakı münasibətlərə soyuqluq gətirdi və nişan pozuldu. Halbuki rəfiqəm nişanlısına isinişməyə başlamışdı və özünü xoşbəxt hiss edirdi.
 
“Axı nişanlımla aramızda problem yoxdur, biz niyə ayrılaq ki?” - qız təəccüblə deyirdi. Anlaya bilmirdi ki, bura Avropa deyil, burda gənclər deyil, ailələr bir-biriylə anlaşır. Və bir-birlərinə təmənnalı yanaşır. “Biz sizin qızınızı alırıq, amma siz də öz növbənizdə mənzil, maşın və s. alacaqsınız”.
 
Bir çox ailələr müəyyən səbəbdən razılaşır, bəzi ailələr isə normal olaraq razı olmur, əvəzində günahsız insanlar mənəvi ziyan çəkir. Qızın adına dedi-qodular çıxır, təmiz adına xələl gəlir, artıq o bir müddət nişanlı qalmış qızdır, ehtiyatlı davranmalıdır və s.
 
Təmənnalı ailənin qurbanına çevrilmiş rəfiqəm indi başqa cür düşünür. O, indi oğlanı deyil, onun ailəsini yaxından tanımaq istəyir. “Əsas ailədir, – deyir - əgər oğlanın anası ilə dil tapsam, oğlanla da anlaşa bilərəm.”
 
Rəfiqəm indi belə düşünür.
 
Çünki başına gələn başmaqçı olar.

Günel Natiq
pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

“Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq”

bitmap-img3

Rakurs

“Broker Əbülfəz”in bacısı oğlu məsuliyyətdən necə yayınıb? - Video

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun 100 hektarlıq ərazidəki mülkünə əl qoyulub

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru