Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toya hazırlaşan gənc öldürülüb?


Toya hazırlaşan gənc oğlanın cəsədi tapılaraq sudan çıxarılıb


PİA.AZ Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 19 sentyabr 2014-cü il tarixində Yuxarı Şirvan kanalının Göyçay rayonu ərəzisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlunun axtarışları başa çatıb. F.Rəsulovun cəsədi batdığı yerdən 1000 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 60 km aralı, nəzarət olunmayan ərazidə) “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
 Ağdaş rayon prokurorunun köməkçisi Emil Qurbanov bildirib ki, hazırda mərhumun cəsədi tibbi ekspertizada saxlanılır. Onun sözlərinə görə, mərhumun valideyinləri və yaxınları iddia edirdilər ki, övladılarını suda boğublar: “Məsələnin bu və ya digər tərəfləri araşdırılıb və mərhumun bədənində hər hansı bir zorakılıq izlərinə rast gəlinməyib. Onun bədənində narkotik və alkoqolik maddələr də aşkar edilməyib. Fuad Rəsulov “Troyka” deyilən enerji içkisindən istifadə edəndən sonra suya daxil olub. Onun geyimi isə avtomobilin arxa hissəsində tapılıb. Hadisə ilə bağlı, mərhumla birlikdə olan dostları da dindirilib. Bütün bu və ya digər faktlarla bağlı valideyinləri məlumatlandırılıb və sübutlar təqdim edilib”.
 
Prokuror mərhumun cəsədinin yaxın saatlarda valideyinlərinə təhvil veriləcəyini deyib. 
 
Xatırladaq ki, sentyabrın 27-də Fuad Rəsulovun toy mərasimi olacaqdı.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar