Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzun icra başçısı şikayətçilərdən niyə qaçır?


"Elə bil Tofiq Zeynalov padşahdır»


«Tovuz rayonunda sosial durum acınacaqlı həddədir. Kimə şikayət ediriksə, səsimizi dinləyən yoxdur. İcra başçısı Tofiq Zeynalov isə o qədər arxalıdır ki, hətta mətbuatda da bizi eşitmirlər». Bu sözlər Dia.az-a daxil olan bir qrup tovuzlunun şikayət məktubundadır.

Şikayətçilər bildirir ki, onlar aylardır icra başçısının qəbuluna düşməyə çalışsalar da, buna nail ola bilmirlər: «Əslində bizim problemlərimiz başçıya məlumdur. Hərəmizin bir dərdi var. Kimi sosial yardımla bağlıdır, kimi torpaq haqqının bərpasını istəyir, kimi də övladının qanunsuz həbsindən şikayətçidir və s. Amma başçı ilə görüşə bilmirik. Elə bil Tofiq Zeynalov padşahdır».

Sakinlərin məktubunda deyilir ki, onlar problemlərilə bağlı əlaqədar təşkilatlara müraciət etsələr də, hər dəfəsində şikayətləri geriyə - icra başçısının üstünə qaytarılıb: «Tamam, problem yerində həll olunmalıdırsa, nədən başçı bizdən qaçır?

Hansı qəzetə üz tuturuqsa, başçı ilə dost olduğunu bildirir. Bəs, biz qara camaatın dostu yoxdurmu?»

Onu da bildirək ki, Tofiq Zeynalov Dövlət Baş Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğmaca qardaşıdır. Görünür, başçıdan edilən şikayətlərin səmərəsizliyi də bununla əlaqədardır.

Bildirək ki, bu günlərdə Tofiq Zeynalov "Şöhrət" ordeni ilə təltif olunub. Hər halda görünəni odur ki, Tovuzun icra başçısının təkcə orden məsələsində yox, həm də narazılıq yaratmaqda da yetərincə şöhrəti var...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar