Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan "Report"a verilən məlumata görə, xəsarət alanlardan N.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az