Tovuzda yol qəzası baş verib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda qeydə alınıb.
Minik avtomobilinin aşması nəticəsində Abulbəyli kənd sakinləri, 1965-ci il təvəllüdlü Şəhadət İsmayılov və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Gülbəniz İsmayılova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
pia.az