Tovuzun Sarıtala kəndində faciəvi hadisə baş verib
Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, kənddəki Haçaqaya ziyarətgahının yaxınlığında örüş sahəsində camış 48 yaşlı qadına hücum edib.
Sarıtala kənd icra nümayəndəsi Nazim Kazımovun əməkdaşımıza verdiyi məlumata görə, camışın Məryəm Paşayevaya xəsarət yetirdiyini görən Manya adlı Nəramanlı kənd sakini onun köməyinə gəlib.
Köməyə gələn qadını camış vuraraq öldürüb.
pia.az