Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda 800 müəllimin işdən çıxarılmasına rəsmi reaksiya


Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonda 800-ə yaxın müəllimin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib


V. Hüseynova “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən onlara məktub daxil olub: “Əvvəllər məktəb direktorları vakant olan yerlərə müqavilə əsasında işə götürə bilirdilər. Elə müəllim var idi ki, 2-ci, 3-cü iş yeri kimi 36 saata qədər dərs apara bilərdi. Yaxud imatahanda kəsilib balı aşağı olan müəllimlərlə hansı məktəblərdə vakant yer var idisə müqavilə bağlayırdılar. İndi isə bu məsələlərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunur. 6 saylı Hesablaşma mərkəzinin rəhbəri və mən imza atandan sonra məktəb direktoru həmin müəllimlə müqavilə bağlaya bilər. Bunun üçün məktəbdə vakant yer olmalıdır. Əlavə yaranan vakant saata həvəsləndirmə olan yerlərdə minimum 30 bal, həvəsləndirməyə düşməyən məktəblərdə isə 40 bal olmaq şərtilə müqavilə bağlanıla bilər.

Biz kütləvi şəkildə müəllim çıxartmamışıq. Elə müəllim var ki, bal yığa bilmir, imtahandan kəsilir. Təhsil Nazirliyi tərəfindən də ora başqa müəllimlər göndərilir. Bunlar da başlayır şikayət etməyə ki haqsızlıq olub, dərs saatları gizlədilir. Bilsəm ki hansısa məktəb direktoru bunu edir, onu cəzalandırıram. Məndə 103 nəfər müəllimin siyahısı var. Bunun 33 nəfəri yüksək bal toplamış müəllimlərdir. 15 nəfər yeni vakansiya yarandı və bunu nazirliyə təqdim etdim. Hardasa 16-ya yaxın müəllim işdən çıxarılıb, qalan müəllimlər isə daimi iş yeri olan müəllimlərdir ki, bunlar da 2-ci, 3-cü iş yerində işləyirlər.

İndi biz nazirliyin 4 şərti ödənilməklə müqavilə əsasında müəllim götürə bilərik”.

Təhsil Şöbəsinin müdiri müqaviləni yenidən təzələmək üçün müəllimlərdən 5000 manat tələb edilməsi məsələsinə də münasibət bildirib:

“Rayonda kimsə deyə bilməz ki, belə məsələlər var. Bunlar hamısı böhtandır. Kim ki imtahandan kəsilir, yaxud az bal toplayır şər böhtan atmağa başlayır. Ümumi əmrlə qanunvericiliyə uğun olaraq kimlərsə işdən azad edilir. Mən hər şeyi nazirliklə razılaşdırıram”.

Maraqlıdır ki, Təhsil Nazirliyi hələ də baş verən hadisəylə bağlı açıqlama verməyib.

Xatırladaq ki, KİV-də Tovuz rayonunda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Məlumatda işdən çıxarıldığını qeyd edən müəllimlər Misir Mərdənovun təhsil naziri olduğu dövrdə müddətli və müddətsiz müqavilələrlə işə düzəldiklərini, bunun müqabilində rayon Təhsil Şöbəsinin müdirinə 5 min manat məbləğində pul verdiklərini bildiriblər. Onlar müqavilə müddətinin başa çatması əsas gətirilərək işdən azad olunduqlarını vurğulayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar