Xəstənin vəziyyətinin ağır olduğu bildirilir
Tovuz rayonunda yerli sakin qarpızdan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlu yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az