Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rüşvət - VİDEOSU


Bakıda övladı ağır ürək əməıliyyatı keçirən ata həkimin rüşvət istəyərkən videosunu çəkib. Həmin videonu Səhiyyə Nazirliyinə göndərsə də, aldığı cavabdan dəhşətə gəlib.


Nazirlikdən cavab gəlib ki, təqdim etdiyim video görüntülər Konstitutsiyanın 32-ci maddəsinin 3-cü bəndinə zidd şəkildə gizli olaraq çəkildiyindənn həmin tibb işçisinin hərəkətlərin qiymət vermək olmaz.

Amil Hüseynov müraciətində bildirib ki, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kardiologiya şöbəsinin baş tibb bacısı xəstəxanada qan bazarı açıb. Həmin tibb bacısının hərəkətlərini göstərən video görüntüləri var.A.Hüseynov deyir ki, oğlu Musa anadan ürək qüsurlu doğulub: 

``Təcili ürək əməliyyatının vacib olduğu deyildi. Köməklik üçün Heydər Əliyev Fonduna müraciət etdik. Komissiyanın rəyindən sonra Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yönləndirildik. Mərkəzin kardioloqu Elnur İmanov bizə bildirdi ki, uşağın sol mədəciyində qan dolur, təcili əməliyyat lazımdır. Bundan sonra kardiologiya şöbəsinin müdiri Elnur Həsənovla danışmalı olduq. O, bizdən əməliyyat üçün 4000 manat pul istədi. Həmin məbləğin yox olduğunu desək də, qiymət aşağı salınmadı. Həmin pul ödənildi və 9 ay əvvəl 6 aylıq Musa mərkəzin kardiologiya şöbəsində açıq oval dəliyi diaqnozu ilə əməliyyat olundu``. 

Şikayətçi bildirir ki, əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışova dəflərlə onlardan pul istəyib: 

``Həyat yoldaşımdan 200 manat qan pulu, 100 manat analizlər üçün pul tələb edib. Qanı qohumlar verdikdə isə 25 manat qanın yoxlanılması, 50 manat isə analizlər üçün alıb. Sevil Abışovanın əməlləri videoya çəkilib. Həmin faktlarla bağlı dövlət qurumlarına, o cümlədən Səhiyyə Nazirliyinə müraciət olunub. Həmin müraciətlərdən 5 ay keçməsinə baxmayaraq, tədbir görülmür. Səhiyyə Nazirlyinin şikayətimə verdiyi cavab isə çox dəhşətlidir. Nazirlikdən cavab gəlib ki, təqdim etdiyim video görüntülər Konstitutsiyanın 32-ci maddəsinin 3-cü bəndinə zidd şəkildə gizli olaraq çəkildiyindənn həmin tibb işçisinin hərəkətlərin qiymət vermək olmaz. Nazirlik məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edib``. Məsələ ilə bağlı akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamaq istəsək də, baş tutmadı.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar