Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokio London və Amsterdamla əməkdaşlıq edəcək


Yaponiya, Böyük Britaniya və Niderlandın xarici işlər nazirləri İranın nüvə proqramı ilə əlaqədar regionda vəziyyətin sabitləşməsi məqsədilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər


Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumata görə, nazir Taro Kono niderlandlı həmkarı Stef Blok və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ilə Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində görüşüb. Tərəflər İranın nüvə razılaşması ilə əlaqədar qarşılıqlı fikir mübadiləsi apararaq regionda vəziyyətin sabitləşməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar əldə edilən razılaşma ətrafında vəziyyət mayın 8-də ABŞ prezidenti Donald Trampın ölkəsinin həmin razılaşmadan çıxdığını elan etməsindən sonra gərginləşib. D.Tramp, eyni zamanda, əldə edilən razılaşmaya əsasən dayandırılmış bütün sanksiyaların bərpa olunacağını da bəyan edib.

Buna baxmayaraq, razılaşmanın əldə edilməsində iştirak edən “altılığın” əksər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun avropalı tərəfdarları İran ilə əldə edilmiş razılaşmaya sadiq qalacaqlarını bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar