Xəbər xətti

24 YANVAR

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:34 “Samsung” telefonları bilərəkdən zəiflədib? - İddia

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

16:51 “Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

16:45 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

16:13 59 yaşlı kişi fermada özünü asdı

16:05 Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

16:00 İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

15:55 Gözəl Bayramlıya 4 il həbs tələbi

15:49 71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

15:43 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

15:37 PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...

15:32 Bakıda tikinti xaosu

15:26 Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” əməliyyat - Ermənistan planını açıqladı

15:20 Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

15:14 Rabitə sektorunda yeni işdənçıxarma dalğası – Təfərrüat

15:07 Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı

15:00 “Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi”

14:51 Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

14:45 Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

14:40 Duterte əmr verdi: “Məni güllələyin!”

14:34 “Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur”

14:31 Davos forumu ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir?

14:26 Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

14:21 Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

14:16 Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

14:11 BMT: Ötən il 56 sülhməramlı həlak olub

14:06 QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

14:02 Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

13:57 Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur - Araşdırma

13:51 Vilayəti Qərbin yeni hədəfini açıqladı

13:46 Qadınlara halal kişi tapan molla

13:40 Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu

13:35 Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

13:29 Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:16 Azərbaycanda maşınların qiyməti bahalaşdı - Rəqəmlər

13:10 BVF: Azərbnaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

13:05 Neymar ən yaxşı oyunçu seçildi

12:59 Bir sıra yüksək vəzifələr boşdur - Siyahı

12:53 “Bu, Azərbaycana qarşı təhqirdir”

12:47 “Türkiyə Afrin əməliyyatı ilə Rusiya və İranın Suriya planlarını pozdu”

12:40 Vitse-prezident istefa verdi – “Azərsu” ASC-də dəyişiklik

12:35 Axtarışda olan 13 nəfər saxlanıldı

12:30 Davosa 1.5 metrdən çox qar yağıb, qonaqlar yollarda qalıb

12:30 Bəzi yerlərə qar yağacaq, duman, çiskin olacaq

12:25 Tərlan Əhmədov Rusiya komandasına 1:8 hesablı məğlubiyyətə görə üzr istədi

12:20 Mirzə Ələkbər Sabirin Azərbaycan nifrəti

12:15 Xəzərin dibindən Azərbaycana?

12:09 Yığmamız İranla üz-üzə

12:06 Kamal Sunalın oğlu azərbaycanlı vəkillə evlənir

12:01 “Reket” baş redaktor məhkəmədə özünü təqsirli bilmədiyini deyib

11:56 Universitetləri “ailə müəssisəsi”nə çevirənləri sərt cəzalar gözləyir



MÜSAHİBƏ

...

Tofiq Zülfüqarov: “Deputatlıq haqda hələ fikirləşməmişəm”

Tarix 06.11.17, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bu, həm iqtidara, həm də müxalifətə lazım olan bir qurum olmalıdır”


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu günlərdə doğum gününü qeyd etdi, amma təmtəraqsız, səs küysüz. 

Elə müsahibəmizdə də qeyd etdi ki, ad günlərini keçirməyə çox da həvəskar deyil. 

Elə evdə, doğmalarla bərabər məclis qurulduğunu söylədi: 

- Ad günləri imkan yaradır ki, təzədən orurub harda olduğunu, hansı yolu keçdiyini düşünəsən. Mən birinci dəfəydi ki, facebook-da ad günümü keçirirdim (gülür) Gördüm ki, camaat çox diqqət yetirir. Çalışdım ki, mən də facebook dostlarıma diqqət yetirəm. Amma 300-400 təbriklərə cavab verəndən sonra artıq kompüter dözmədi, təqribən 170 nəfərə cavab verə bilmədim. Yüzlərlə insan vaxt tapıb mənim ünvanıma hansısa sözləri yazıb. Sizin qəzetin vasitəsilə də hamıya minnətdarlıq edirəm.

-Tofiq bəy, amma bir məsələ var: yaşınız hələ 60-a çatmayıb, amma bu yaşda özünüz-özünüzə məcburi istirahət vermisiniz. Bu, sizi narahat eləmirmi?

- Hə, yaş 58-dir. İstirahət deyəndə ki... İmkan dairəsində çalışıram öz təbiətimə, ya da vətəndaşlıq borcuma uyğun hansısa addımlar atım, məqalələri yazım, fikirlərimi bölüşüm. Bunun həm özümə xeyri var, kimsə buna diqqət yetirir, diskussiya edir, digər tərəfdən də görünür ki, bizim cəmiyyətdə ekspert sözünə, hansısa politoloq şərhlərinə ehtiyac var. Mən də öz həmkarlarıma qoşulub öz fikirlərimi ictimaiyyətə çatdırıram, hesab edirəm ki, faydalı bir işdir.

- Bu gün ölkədə politoloq azlığından da danışılır. Son illərdə Həsən Quliyev, Zəfər Quliyev, Vəfa Quluzadə kimi dəyərli politoloqlarımızın dünyasını dəyişməsi bir az da boşluq yaratdı. Bəlkə yeni politoloqların yetişdirilməsi üçün bir mərkəz yaradılsa, daha yaxşı olardı, necə düşünürsünüz?

- Peşəkar fikirlərə ehtiyac həmişə var. Hesab edirəm indi o mərhələyə gəlib çatmışıq ki, hansısa analitik yazıları birləşdirən cəmiyyət, ya qurum yaradılmalıdır. Bu qurumlar yaradılmalıdır ki, cəmiyyətə xidmət eləsin. Müxtəlif ölkələrin təcrübəsinə baxanda, xarici siyasətə aid ictimai birliklər var. Bizdə də xarici siyasətimizə olan, onunla diskussiya aparan belə qurumlar mütləq lazımdır. Çünki biz elə bil, köhnə sovetin üslubu ilə gedirik. Qabaqlar deyirdilər ki, sovet xalqı imperialistlərin həmləsinə yekdil fikirlə cavab verir. Yekdillik yaxşı şeydir, amma eyni zamanda cəmiyyətdə yekdil fikrin olması ideal vəziyyətdir. Müxtəlif fikirlərin olması çox yaxşı haldır. Çünki o halda biz hansısa qərar qəbul edəndə müxtəlif fikirlərin arasında diskussiya nəticəsində yaranan bir addım atacağıq. İkinci tərəfdən də bizi qıraqdan izləyən, müşahidə edən qüvvələr görəcəklər ki, müxtəlif fikirlər mövcuddur.

- Elə isə bu cür mərkəzin yaradılması üçün niyə təşəbbüs göstərmirsiniz?

- Bu, ictimai bir qurum olmalıdır, bir adla, bir şəxslə bağlı olmamalıdır. Elə bir qurum olmalıdır ki, orada mütəxəssislər yığışıb hansısa fikirləri söyləməlidirlər. O qurumun başçısı olmamalıdır, cəmiyyət şəklində, demokratik əsaslarla fəaliyyət göstərməlidir. Bizdə adətən hansısa qurumlar yaranır, bu və ya digər insanla bağlılığı olur. Fikirləşirəm ki, bir nəfərlə bağlılığı olmamalıdır.

- Bu barədə kimlərləsə müzakirə aparmısınızmı?

- Doğrusu, bunun barəsində fikirləşirəm. Çünki baxsanız, Rusiyada Xarici Siyasət Şurası var bu qurumun birbaşa Xarici İşlər Nazirliyi il bağlılığı  mövcuddur. Onlar iclaslar keçirir, hansısa məsələləri müzakirə edirlər. Həmçinin, Fransada, Almaniyada da belə qurumlar var, mən orda çıxış etmişəm. ABŞ-da o qurumlar müxtəlif universitelərdə cəmləşib və onlar öz təkliflərini verirlər. Yəni, xarici siyasət təkcə dövlət fəaliyyəti ilə bağlı deyil, müxtəlif cəmiyyətlər də orada xarici siyasətə aid hansısa fikirlər səsləndirir. Əslinə qalsa, bizdə buna böyük ehtiyac var. Çünki xarici siyasət sanki iki düşərgənin arasında bölünüb. İqtidaryönümlü ekspertlər elə bil adət ediblər ki, iqtidarın xarici siyasətini dəstəkləsinlər. Müxalifətin də əsas məqsədi hakimiyyətə gəlməkdir və iqtidar nə edirsə, onu tənqid edir. Deməli, balanslaşmış rəyə, qurumlara ehtiyac var. Bu rəyi isə hansısa ictimai qurumlar söyləyə bilər. Bizim xarici siyasətdə müxtəlif problemlər ortaya çıxır ki, buna aid fikirlər səslənməlidir, diskussiya aparılmalıdır. Ermənilər ictimai rəyi çox geniş şəkildə istifadə edilər. Məsələn, hansısa təklif onların xoşuna gəlməyəndə hay-haray edirlər ki, ictimaiyyət bunu qəbul etməyəcək. Bu baxımdan bizdə bir az ayrı vəziyyət yaranıb. Hansısa təklif, ya fikir qəbul olunmayanda elə bil bütün ağırlıq iqtidarın üzərinə düşür. İctimiyyətin səsi gəlmirsə və buna aid hansısa fəaliyyət görünmürsə, deməli, xaricdə qüvvələr bunu elə qiymətləndirirlər ki, iqtidar, ya hansısa adamlar bunu istəmir, qəbul etmir. O baxımdan bu, bir az dinamik siyasətdir. İndiki siyasi adət-ənənəyə görə bu, xarici siyasətdə çox effektli bir alət ola bilər. Çünki burada yerləşən səfirliklər həm iqtidarın, həm müxalifətin rəyini analiz edib öz paytaxtlarına xəbər edirlər. Amma orta mövqe yoxdur.

- Sizin növbəti posta təyinat alacağınızla bağlı gözləntilər var idi, amma bu, baş vermədi. Artıq özünüz bu məsələdən əl üzübsünüz, yoxsa...

- Bizdə vəzifəyə çox önəm verilir. Xoşbəxtlikdən mən çox vəzifələrdə işləmiş adam kimi bu fikirlərə bir az ayrı cür yanaşıram. Hesab edirəm ki, ehtiyac olsa, kiməsə hansısa iş tapşırılacaq. Ehtiyac olmasa, normal bir vəziyyətdə mən özümü çox sərbəst hiss edirəm, özümə uyğun olan hansısa işlə məşğulam. İndi mən heç də hesab eləmirəm ki, işsiz qalmışam. Şükür Allaha, medianın diqqəti onu göstərir ki, hətta diqqət daha çoxdur. Həm də facebook-da yenicə fəaliyyətə başlamışam, bir məqaləyə 10-15 min baxışın olduğunu görürəm. Digər keyfiyyətli materiallara baxışlar daha çox olur. Bu baxımdan ictimaiyyətə hansısa fikirləri çatdırmaq da öz-özlüyündə işdir.

Bir-iki gün bundan qabaq mən bir xarici diplomatla görüşdüm. O da qeyd etdi ki, mən Dağlıq Qarabağa aid məruzələr yazıram. Görürəm ki, rəsmi açıqlamalar mövcuddur. Məsələn, Nalbənyanın açıqlamaları filan qədərdir, amma sizdə rəsmi açıqlamalar çox azdır. Demək olar ki, prezidentin açıqlamalarıdır, lakin xarici siyasət idarəsinin açıqlamaları azlıq təşkil edir. Çünki mətbuat katibinin açıqlamaları rəsmi mövqe sayılsa da, onun təsir dərəcəsi nazirin bəyanatlarından daha azdır. Bu baxımdan bizdə boşluqlar var. Həmin boşluq ictimaiyyət tərəfindən də mövcuddur. Mən dediyim qurumlar fəal işləsə, çox faydalı olar.

- Tofiq bəy, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək. İddianız yoxdur ki?

-Yox (Gülür). Mən belə şeylərə iddialı deyiləm.  Başqalarına nisbətən mən fikirləşirəm ki, bu, çox məsuliyyətli bir işdir. Mən doğrusu, buna hazır deyiləm ki, bütün vaxtımı, həyatımı siyasi və ictimai işlərə həsr edim. Mütəxəssis kimi hə. Amma siyasi baxımdan mənim ambisiyalarım yoxdur.

- Nə prezidentliyə, nə də deputat mandatına iddia etmirsiniz?

- Deputatlıq haqda hələ fikirləşməmişəm. Baxaq, görək şərait necə olacaq. Təəssüflər olsun ki, Milli Məclisdə xarici siyasətə aid fəallıq o qədər də yüksək deyil. Qoy bu fikirləri tənqid kimi qəbul etməsinlər, daha da aktiv olmaq lazımdır. Ümumiyyətlə, bizim xarici siyasətdə prezidentdən başqa, iqtidarda fəallıq o qədər də çox deyil. Qurumlar elə bil hərəsi bir tərəfə çəkilib, kinoda deyildiyi kimi, “exo” verirlər. Bizə “exo” lazım deyil e, fəal siyasət lazımdır. “Exo” vermək çox rahat mövqedir.

- Yayılan məlumatlara görə, Türkiyə və Rusiya prezidentləri Qarabağı müzakirə edəcəklər. Hətta iddialar var ki, Kreml öz şərtlərinin qəbul olunması qarşılığında bəzi rayonların azad olunmasına razıdır. Bu, nə dərəcədə real görünür?

- Biz gərək bir məsələni nəzərə alaq ki, apreldə ortaya qoyulan sənəd hələ gündəmdədir, Madrid prinsipləridir, Kazandan sonra yenə də yenilənib. Bunun da müəllifi Sergey Lavrovdur. Diplomatik təcrübədən uzaq bir vəziyyət yaranıb - erməni mənşəli bir insan Rusiyanın xarici işlər naziridir, ermənilərə və azərbaycanlılara vasitəçilik edir. Bu, Rusiyanın ən böyük diplomatik səhvidir. Çünki gərək bu cür məsələlərə vaxtilə diqqət yetirəydi. Hamı başa düşür ki, bu insan milli mənsubiyyətinə görə bu işi apara bilməz. Bu, tək biz tərəfdən olan mövqe deyil, dünyada qəbul olunan bir təcrübədir. Ermənilərə baxın, Metyu Brayzanın xanımı türk olduğuna görə, ermənilər ona qarşı çıxdılar. Hətta ona nail oldular ki, o, Azərbaycan siyasətindən kənarlaşdırıldı. İndi nə olub, biz o qədər diplomatik tolerantıq ki, bu məsələlərə fikir verməyək? Mən ümumiyyətlə, o fikrə gəldim ki, Sergey Lavrovla bağlı Azərbaycanda heç bir təşəbbüs qəbul olunmazdır və qəbul olunmayacaq.

- Qarşıda növbəti Moskva görüşü var, orada nəsə baş verə bilərmi?

- Yox. Çünki artıq bir neçə həftə bundan qabaq ictimaiyyətdə güclü bir diskussiya olub: Hoqlandın bəyanatı və Lavrov planı ilə bağlı. Azərbaycan ictimaiyyəti onların fərqini görüb. Çünki Hoqlandın çıxış etdiyi mövqe birbaşa Madrid prinsiplərinin əsasında olan mövqe idi. Amma Lavrov çıxış etdiyi mövqe,  Zaxarovanın bəyanatları və s. göstərdi ki, onun təklifi Madrid prinsiplərindən uzaqdır. 

- Siz, Eldar Namazov və rəhmətlik Vəfa müəllimin istefasının növbəti ildönümü tamam oldu. O zaman istefaya getməsəydiniz, nə baş verərdi?

- Bu hadisələrin nəticəsində Azərbaycanın dövlət olaraq mövqeyi gücləndi və Azərbaycanın ərazi bütövlüyü bir faktor kimi artıq hamıya bəlli oldu. Hamıya bəlli oldu ki, Azərbaycan ictimaiyyəti ayrı bir sxemi qəbul etməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü hər bir sülh planında təmin olunmalıdır. Hesab edirəm ki, bu, Azərbaycan iqtidarının bu hadisələrdən əl etdiyi ən vacib nəticədir.

- Bəs, Ermənistan parlamentindəki terror baş verməsəydi?

- Ermənistanda bu və ya digər hadisə onsuz da baş verəcəkdi. Çünki onlar böyük bir təsir altındadırlar, demək olar ki, müstəqillikdən kənardırlar. Onların müstəqilliyini itirməsi elə həmin dövrdən başlayır və indiyədək davam edir. Demək olar ki, bu ölkə müstəqil deyil. Onlara sadəcə sübut ediblər ki, siz hansısa yazılmış rolu oynamalısınız, ondan kənara çıxmaq olmaz. Onlar ölümdən qorxub heç vaxt o roldan çıxa bilməzlər.

- Yaratmaq istədiyiniz təşkilatla bağlı Eldar Namazovla müzakirələr aparmısınızmı?

- Bu yaxınlarda görüşəcəyik. Danışmışıq. Allah qoysa, görüşüb məsləhətləşəcəyik. Digər adamların da cəlb olunması maraqlı olardı. Yenə də deyirəm, bizim xarici siyasətə müstəqil fikrə malik olan insanlar lazımdır. Bu, həm iqtidara, həm də müxalifətə lazım olan bir qurum olmalıdır. Ümumiyyətlə, cəmiyyətə faydalı qurum olmalıdır. Bu, o demək deyil ki, mən sabah yaradıram, belə bir fikir var (gülür). (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru