Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Quliyevə həsr olunan poçt markası hazırlandı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Azərbaycanın Xalq Artisti, bəstəkar, ictimai xadim Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb


Nazirlikdən AzərTac-a bildirilib ki, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub. 40x28 millimetr ölçüsündə olan markanın tirajı 200 000 ədəd təşkil edir.

Marka “Belarusskiy dom peçati” mətbəəsində, Belarus Respublikasında yüksək keyfiyyətlə nəşr olunub.

Qeyd edək ki, T. Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir.

Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq Artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.

2000-ci il oktyabrın 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədilə prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar