Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Bəhramov adına stadionunun ot örtüyünə yeni toxum səpildi


Bir müddətdir ot örtüyü bərbad vəziyyətə düşən Tofiq Bəhramov adına Respublika Stadionu yenidən qapılarını futbolsevərlərin üzünə açmağa hazırlaşır


"Report"un məlumatına görə, sonuncu dəfə avqustun 25-də Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və İsveçin "Göteborq" komandalarının oyununa ev sahibliyi etmiş mərkəzi arenanın meydanına yeni toxum səpilib. Təxminən bir aydan sonra burada oyun keçirmək mümkün olacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, oktyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la Yunanıstan PAOK-u arasındakı III tur matçının mərkəzi arenada keçiriləcək: "Hazırda ot örtüyündə problem yoxdur. Etiraf etmək lazımdır ki, kəskin istilər səbəbindən avqustda problem yarandı. Stadionun kollektivi və "Qarabağ" klubunun rəhbərliyi ilə birgə ot örtüyünün sıradan çıxmaması üçün işlər aparıldı. Vaxtında qabaqlayıcı tədbirlər görüldü və nəticədə vəziyyət müsbətə doğru dəyişməyə başladı. Oktyabrın 20-də "Qarabağ" ev oyununu bu stadionda keçirəcək. Demək olar ki, ot örtüyü oyuna hazırdır".

Nazirlik rəsmisi bildirib ki, Qəbələ şəhər stadionunun ot örtüyünə qulluq edən Fil Şarples hazırda mərkəzi arenada da fəaliyyət göstərir. Üstəlik S.Məmmədova mütəxəssisin işlə bağlı zəmanət verdiyini də söyləyib: "İngilis mütəxəssis F.Şarples ot örütüyünü nəzarətdə saxlayır. Onun bizə verdiyi zəmanatə görə, bundan sonra ot örtüyündə problem yaranmayacaq".

Qeyd edək ki, stadionun ot örtüyü son iki ildə 3-cü dəfə dəyişdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar