Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tillersonun istefaya göndərilməsi kimlərə mesajdır?

Tramp və ona müxalif üç general


Alber Kamyunun bir sözü varı: "İnsan ölməzdən əvvəl islah olunur". Dövlət katibi Reks Tillerson bu cür istefaya göndərildi. O, Afrika səfərində olarkən, prezident Donald Tramp “tweet” atdı. Amma Tillersonun istefaya göndəriləcəyi barədə Ağ Evdən sızmalar çoxdan var idi.

Əminliklə demək olar ki, ABŞ tarixində heç bir dövlət katibi Tillerson qədər təhqir olunmayıb.

"Tillersonizm" haqqında danışmaq və ya 69-cu dövlət katibinin əldə etdiyi uğurları sadalamaq mümkün deyil. Onun irsi – prezidentin qeyri-ənənəvi mövqelərindən ibarətdir.

Son 15 ayda Tillersonun ən böyük aktivi xarici siyasəti idarə edən üç generalla ittifaqı olub: müdafiə naziri Ceyms Mattis, Baş qərargah rəisi Cozef Danford və Ağ Ev qərargahı rəhbəri Con Kelli.

Trampın çoxsaylı təzyiqlərinə baxmayaraq, bu generallar onu qorumaq üçün xilasedici halqa atırdılar. 2017-ci ilin avqust ayında Tramp ilk olaraq Şarlotsvildəki irqçi ağların yürüşünü müdafiə etdikdə, Tillerson dedi ki, "prezident özü üçün danışır". Ötən ilin oktyabr ayında Dövlət Departamentində prezidentin "ağıllı" simasını təsvir etmək üçün o, mətbuat konfransı keçirdi, lakin Pentaqonda keçirilən görüşdə Trampı "səfeh” adlandırdı. Tramp bəlkə də Tillersonun onu “səfeh” adlandırdığını heç vaxt bilmədi, amma aralarındakı əlaqə ən azı naqolay idi.

Dövlət Departamentindəki brifinqdə Tillerson bəyanatını oxuyarkən, nəzərəçarpacaq dərəcədə titrəyirdi. O, Trampdan söz açmadı, amma çıxışında iki mesaj vardı: "Mən prezidentin yarıtmaz xarici siyasətini dayandırmaq üçün əlimdən gələni etməyə çalışdım, indi də döyüşü generallar davam etdirməlidir".

Onun ikinci mesajı Rusiya ilə bağlıdır. Birləşmiş Krallıqda rus casusunun zəhərlənməsini "açıq-aydın Rusiyanın əməli” olduğunu söyləyərkən, Ağ Ev rəhbərliyinin mövqeyinə zidd gedirdi.

Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr üzrə müşavir Stiv Qoldşteyn də Ağ Evə zidd əməlinə görə dərhal işdən çıxarıldı.

Tillerson və Qoldşteynin istefaya göndərilməsi göstərir ki, Dövlət Departamenti Ağ Ev tərəfindən mühasirəyə alınıb. Əslində, Dövlət Departamentinin mandatı Tillersonun yerinə, xarici liderlərlə Tramp arasında “boru kəməri” olan kürəkəni Cared Kuşnerə çoxdan verilmişdi. Konqres tərəfindən təsdiqləndiyi halda, yeni dövlət katibi Mayk Pompeo da eyni problemlə üzləşəcək. Onun müvəffəqiyyətinin ölçüsü – Trampa olan sadiqliyi və Dövlət Departamentinin maraqları arasında tarazlıq yarada bilməsidir.

Son 15 ayda ABŞ diplomatiyasının yoxluğu Tillerson deyil, Ağ Evin problemidir. ABŞ-ın bürokratiyasında institusional və şəxsi rəqabətlər yayğındır. Ancaq prezident, adətən, çaşqınlıqda qalır.

Trampın timsalında əsas xarici siyasət məsləhətçiləri, İranla nüvə razılaşması, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) böhranı və ya Şimali Koreya lideri Kimlə gözlənilən danışıqlar kimi məsələlərdə onu dayandırmaq üçün bir araya gəlmişdi. Tillersonun istefası bu dinamikanı dəyişir.

MKİ direktoru kimi, Pompeo keçən ildən bəri prezidentə birbaşa çıxış əldə edərək, hər səhər onu qlobal kəşfiyyat məlumatlarına dair brifinqlə, kabinəsində başqalarına nisbətən üstünlük qazanıb. Pompeo vitse-prezident Mayk Pens və “Twitter”-də təbrik edərək, onu "dost" adlandıran BMT-dəki ABŞ səfiri Nikki Heyli ilə əməkdaşlıq edəcək.

Pens, Pompeo və Heylinin “quzğun ittifaqı” üç generalın, xüsusilə Yaxın Şərqlə bağlı məsələlərdə təsirini balanslaşdırmağa çalışa bilər. Pentaqon tərəfindən dəstəklənən Tillerson, ABŞİranla nüvə razılaşmasına əməl etmə yolunu tuturdu. İndi fərqli bir yanaşma ola bilər. Lakin Ağ Evdə Mattisin cazibəsi azala, ABŞ-ın milli təhlükəsizlik qərarlarına Pentaqonun vetosu qoyulmaya bilər.

Mattis Ağ Evin "qərar qəbuletmə otağında" müttəfiqi itirib. İndi Mattis Milli Təhlükəsizlik Şurasının müzakirələrində liderlik etməlidir, bu da Pompeo ilə gərginliyə səbəb ola bilər.

Trampın Kimlə görüş qərarını da açıq şəkildə yalnız Pompeo və maliyyə naziri Stiven Mnuçin müdafiə edib. Tillersonun istefası həm də bu qərarı verənlərə mesajdır.

 Co Makaron

“Əl-Cəzirə”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar