ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib
Bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib.
R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.
Məlumata görə, görüş zamanı Əfqanıstanda təhlükəsizlik məsələləri və bununla bağlı ikitərəfli əməkdaşlıq müzakirə olunub.(Trend)
pia.az