Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tillerson Rusiyaya qarşı yeni sanksiyalar haqda danışıb

ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətdə yeni sanksiyaların tətbiqinin mümkün olduğunu bəyan edib.


O, CBS telekanalına müsahibəsində “Niyə Konqresin qərarında nəzərdə tutulan sanksiyalar tam şəkildə tətbiq edilmir” sualına cavabında deyib ki, artıq bəzi addımlar atılıb: 

“Artıq mövcud qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satışına dair bir neçə sazişin qarşısı alınıb. Biz sanksiyalar tətbiq edilə biləcək bir sıra digər şəxsləri də nəzərdən keçiririk".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə 210 nəfərin adı daxil edilib.

Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı, xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, varidatlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər.

Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar