Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Texniki Universitetin fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı


“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir


Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını etmiş və layihə çərçivəsində tədris müəssisəsində müxtəlif maarifləndirici tədbirlər keçirmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir. 

7 fevral 2017-ci il tarixdə AzTU-da təşkil edilən növbəti tədbirdə 2016-2017-ci dərs ilinin ilk tədris semestrində Radiotexnika və rabitə fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan və ən yaxşı nəticələri göstərən tələbələrinin mükafatlandırılması mərasimi keçirildi. Qış imtahan sessiyasında göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Məmmədaslan Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mobil operatordan dəyərli hədiyyələr qazandılar.  

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verir. Mobil operatorun KSM strategiyası çərçivəsində artıq hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif edilir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. “Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.  

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar