Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Texniki Universitetdə yağışdan sonra... göbələk bitdi (Foto)


Bakıya yağış yağandan sonra Azərbaycan Texniki Universitetində (AzTU) əsl möcüzə baş verib. Belə ki, auditoriyaların birinin döşəməsində... göbələk bitib.


Pia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, universitetin dam örtüyü yararsız halda olduğundan yağan yağış suları auditoriyalara dolub. Taxta döşəməli otaqların birində isə nə az, nə çox - birbaşa göbələk bitib. AzTU-nin tələbələri də bu maraqlı hadisənin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.



Həmin foto təbii ki, böyük marağa səbəb olub. Amma foto oxucuları yox, ilk növbədə AzTU və Təhsil Nazirliyi rəhbərliyini daha çox maraqlandırmalıdır. Texniki fənn ustaları müvafiq qurumlarla birgə oturub bunu dəqiq hesablamalıdırlar: təhsilə dövlət büdcəsindən ildə 1,8 milyard manata yaxın, yaxud 2 milyard dollardan çox vəsait xərcləndiyi halda bu göbələk AzTU-nun auditoriyasında haradan, niyə, necə peyda ola bilər?

Bu fakt Azərbaycanda bir çox təhsil ocaqlarının bərbad vəziyyətindən, şagird və tələbələrin istifadəsi üçün yararsız olmasından xəbər verir.

Qeyd edək ki, son günlər mətbuatda təhsil ocaqlarının vəziyyəti ilə bağlı xoşagəlməz xəbərlər yayılır. Belə təhsil ocaqlarına misal olaraq regionlarda olan məktəbləri göstərmək olar. Bir neçə gün əvvəl mətbuatda Lənkəran rayonunun Zövlə kənd orta məktəbinin, Bərdə dəmiryol vağzalında yerləşən Ağdam köçkün məktəbinin hansı şəraitdə olması ilə bağlı xəbərlər yer almışdı.

Havaların bir neçə gün qeyri-sabit keçməsi belə yararsız obyektlərdə daha böyük fəsadlar yaradır. Bu da sübut edir ki, bir çox təhsil ocaqları nəinki qışa, heç payıza da hazır deyil (Obyektivlik naminə deyək ki, son illər ölkədə Avropa standartlarına uyğun məktəblər də tikilir və ya təmir olunur. Amma fakt budur ki, dözülməz vəziyyətdə olan təhsil ocaqları da var).

Rayonlardakı orta məktəblərlə bağlı məsələni yenə haradasa başa düşmək olar. Bəs Bakının mərkəzindəki məktəbləri, konkret olaraq ali təhsil ocağı olan Texniki Universitetdəki vəziyyəti necə, nə ilə izah edəsən? AzTU-da botanika fənni də keçilmir, biologiya fakültəsi də yoxdur ki, bu göbələk əhvalatında durub nəsə məntiq axtarasan. İndiki halda isə gücün sadəcə təəccüb və təəssüf etməyə çatır...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar