Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxəyyülün dialektik vəhdəti - Sürrealizm nədir?


Sürrealizm fransız sözü olub, bədii fikirdə reallığın fövqündə dayanmaq deməkdir. İlk dəfə 1918-ci ildə fransız şairi Qiyom Apolliner yazdığı bir məqalədə estetika tarixində sürrealite (fövqəlgerçəklik) anlayışını işlətmişdir


Apollinerə görə, sürrealizm gerçəklik və təxəyyülün dialektik vəhdətidir. O qeyd edirdi ki, sənətkar köhnə prinsipləri təqlid etməkdən əl çəkməli, ixtiraçıya çevrilməlidir. Digər bir yazısında o, bu konsepsiyanı inkişaf etdirərək göstərirdi ki, insan idrakının oyanış anından bu günə qədər ən böyük sürrealist sənətkar ilk təkərin ixtiracısıdır.

Sürrealizmin təbiəti, bədii estetik fikir tarixində yerini müəyyənləşdirmək üçün bir qədər əvvələ qayıtmaq lazımdır, belə ki bu cərəyanın yaranmasına zəmin yaratmış “dadaizm” cərəyanı barədə  danışmadan keçmək olmaz.

İncəsənətdə sürrealizm cərəyanı 1920-ci ildə Fransada meydana gəlmişdir. Həmin vaxtlarda Fransada sürrealizmlə bərabər başqa cərəyanlar da yaranmaqda idi. Lakin sürrealizm başqa cərəyanlardan fərqli olaraq milli mahiyyət daşımırdı. Çünki sürrealizm ortaya çıxdığı ilk illərdən milli ənənə ilə əlaqəni  kəsmiş, tam kosmopolit ruhda inkişaf etmişdir.

IX əsr boyu Avropa fəlsəfi fikrində aparıcı mövqe tutan pozitivizm cərəyanı birinci vətəndaş müharibəsindən sonra bir anda öz gücünü itirməyə başladı və çökdü. Həmin vaxtlarda bəşəriyyətdən üz döndərmiş sənətkarlar, rəssamlar, yazıçılar neytral İsveçrəyə qaçmış və orada yeni “dadaizm” cərəyanını yaratmışdılar. Bütünlüklə nihilist fəlsəfi düşüncə üzrə qurulan dadaizm ənənəvi bədii-estetik cərəyanları inkar etdiyi üçün uzun müddət davam edə bilmədi və yerini sürrealizmə buraxdı. Buna görə də, sürrealizm dadaizmin sələfi sayılır. Bu cərəyan ilk dəfə psixatriya sahəsində işləmiş Freydin düşüncələri ilə yaxından maraqlanmış Dr. Andre Breton tərəfindən sistemləşdirilmişdir. Onun tərəfdaşları sürrealizmi dünyaya yeni nəzər, yeni dünyagörüşü kimi qiymətləndirdilər. 1940-cı ildən bəri Avropada baş verən siyasi problemlərdən dolayı bu cərəyanın mərkəzi ABŞ oldu, bir çox sənətkar A.Breton, M.Düşan, S.Dali, İ.Tanki, M.Ernst  və b. Amerikaya köçdülər.

A.Breton özünün yazdığı “sürrealizmin birinci manifestində” qeyd edir ki, sürrealizm psixoloji avtomatizmdir. Bu şüur tərəfindən heç bir nəzarət olmadan düşüncələri təsviridir, təhtəlşüurun bilavasitə təcəssümünə nail olmaqdır. Sürrealizm nəzəriyyəsi hesab edir  ki , gələcəkdə sənət əsərlərinin köməyi ilə  yuxu və gerçəkliyi fövqəlgerçəkliklə birləşdirə biləcəkdir. Bretona görə, bu məqsədə çatmaqda yuxu və onun bədii inikası aparıcı rol oynamalıdır.

Sürrealist konsepsiyada əsərlər yaradan ilk rəssamlardan danışarkən Xuan Mironun adını mütləq çəkməliyik. Onun “Kataloniya mənzərəsi”,”Ovçu” tablosu sürrealist əsərlərin yaranma prosesinə əla nümunə sayılır. Rəssamın etirafına görə o bu əsərləri aclıq nəticəsində yuxuda gördüyü hallüsinasiyaların təsiri ilə yaratmışdır.

xu
Xuan Miro. Kataloniya mənzərəsi

Sürrealist boyakarlığın ən görkəmli nümayəndələri fransız İv Tanqi və alman Maks Ernst olmuşdur. Lakin bu cərəyanın şübhəsiz ki, ən görkəmli və tanınmış nümayəndəsi ispan əsilli Salvador Dali hesab edilir. Onun kimi ikinci bir rəssam yoxdur ki, əsərləri tamaşaçıya  bu qədər dərin emosional təsir bağışlasın.

S.Dali 1904-cü ildə Kataloniyanın qədim Figeyras şəhərciyində doğulub. O, Madriddə oxuyarkən hərəkətlərində, özünü aparmağında əxlaq çərçivəsinə sığmayan cəhətlərinə, qəribəliklərinə baxmayaraq təhsilini uğurla tamamlamışdır. Dali gənc yaşlarında klassik irsi, xüsusən holland boyakarlıq məktəbini və sevdiyi Vermeyeri ehtirasla və böyük həvəslə öyrənir, impressionizm, kubizim, futurizm və sonda dadaizm cərəyanına müraciət edir. Nəhayət, o öz fərdi üslubunu sürrealizim fəlsəfə və estetikasında tapır. Böyük  parislilərin əsəblərini gərginləşdirən ilk çəkdiyi əsərləri ona şöhrət qazandırmış xeyli varlandırmışdır. O, özünün kəşf etdiyi ” tənqidi paranoik” metodu ilə tamaşaçını heyrətə salırdı. O öz əsərlərində köhnə futurizim, kubizim, dadaizm cərəyanlarından qalan “kollaj”, “ready-made”, “frottaj” nümunələrindən istifadə edirdi. Dali reallıqdan əfsanələrə doğru yolunu davam etdirərək “Axan saatları”, “Alovlanan zürafələri”, “Ağcaqanad ayaqlı filləri” yaratdı.

 14543494_1026019874185432_1369666771_n
S.Dali. Zamanın əbədiliyi
 
14593142_1026019974185422_1211265915_n
S.Dali. Alovlanan zürafə
 

14580341_1026020234185396_921610956_n
 S.Dali. Yeni insanın doğuşu

S.Dali. Vətəndaş müharibəsi duyumu
S.Dali. Vətəndaş müharibəsi duyumu

Maraqlı bir fakt: məhşur “Vətəndaş müharibəsi duyumu” lövhəsinin sujetini həmin tarixi hadisədən altı ay əvvəl rəssama intiusiyası xəbər vermişdi. O, həmişə deyirdi ki, yaradıcılığı peyğəmbərlikdir və onu da əlavə edirdi ki, “müharibəni və ölümü qabaqcadan  xəbər vermək onun üçün çətin deyil…”

Bütün bunlar sürrealizm cərəyanını XX əsrin aparıcı bədii cərəyanına çevirdi və Salvador Dalinin yaradıcılığı onu ən maraqlı sənət hadisələrindən etdi.

Mənbə: Rezonanss.com


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar