Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd etdilər - Fotolar


Tərtər rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilibdir


Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında dəyirmi masa ətrafında davam etdirilibdir. 

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmiş, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi. 

Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli  nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı.

Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.

Sonra rayon rəhbəri qeyd etdi ki, Ulu öndərin ilk dəfə hakimiyyətə gəlişi ilə əlaqədar olaraq Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranmışdır. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan sənayesini dirçəldən bir rayona çevrilmişdir. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət olan bir qəsəbə salınmış, 30-40 mənzilli evlərdən ibarət 8, beşmərtəbəli yaşayış binası tikilmiş, əhalinin mənzilə olan təlabatını ödəmək üçün 2300 nəfərə həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa rayonda 2000 nəfərə yaxın  işçi qüvvəsi olan Tərtər Elektromexanika zavodu,  500-ə yaxın işçi qüvvəsi olan Pambıq Təmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan konserv zavodu, süd emalı zavodu, yol-tikinti materialları istehsal edən zavod, Sərsəng su anbarı məhz Heydər Əliyevin dövründə tikilmişdir. Ulu öndər həmin dövrdə bütün regionlarda, o cümlədən, Tərtər rayonunda da dəfələrlə olmuş, sakinlərlə görüşmüş, rayonun inkişafı ilə yaxından tanış olmuşdur. Bu gün də rayonun yaşlı sakinləri o unudulmaz tarixi günləri xoş xatirələrlə yad edirlər.

Rayon rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyəti dövründə də Tərtər rayonunda qazanılan sosial-iqtisadi inkişafdan da söhbət açdı. Bildirdi ki, hazırda bu diqqət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən ilin aprel hadisələrindən dərhal sonra Ali Baş Komandanın Birinci vitse-prezidentlə birgə düşmənlə 200 metrlik məsafədə Qapanlı kəndinin əhalisi ilə görüşü, dağılan evlərə baş çəkməsi, müharibənin vurduğu zərərin aradan qaldırılması üçün vəsait ayırması, dekabr ayında yenidən rayona səfəri tərtərlilərin möhtərəm prezidentimizə, Birinci vitse-prezidentə inamlarını daha da gücləndirib. Tərtərlilər öz prezidentlərini sevir ona inanınr və güvənirlər. 

Sonra rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Rauf Həsənzadə, YAP Tərtər Rayon Təşkilatı Aparatının baş məsləhətçisi Eldar Əsədov və Umudlu kənd tam orta məktəbinin müəllimi Ləman Heydərli çıxış etmişlər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə vəsiqələr, şəhər bir saylı tam orta məktəbin VIII sinif şagirdi Hüseyin İsazadəyə isə boks üzrə keçirilən respublika birinciliyində ikinci yeri tutduğu üçün rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyə  təqdim edilmişdir.

15 iyun-Milli Qurtuluş günü münasibəti ilə rayonun ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri də Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra hərbçilər Heydər Əliyev Mərkəzində Umummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar