Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərin Əskipara kəndində səyyar qəbul-görüş keçirilib

Bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun Əskipara kəndində keçirilib


Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-şiçək dəstələri qoyaraq xatirələrini böyük ehtiramla yad etdilər.

Qəbulda kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Uğur Qurbanov, Namiq Əliyev kəndarası yolların, tibb məntəqəsinin təmirinə, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu, şəhid ailəsi Nigar Qasımova evlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar