Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə “N” saylı hərbi hissənin 23-cü ildönümü qeyd olunub


Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin 23-cü ildönümünə həsr olunmuş tədbiri hərbi hissənin komandiri Ruslan Ağakişiyev açıb


Sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Komandir R.Ağakişiyev Azərbaycan Ordusunun yaranma tarixindən, rəhbərlik etdiyi hərbi hissənin döyüş şücaətindən qurur hissi ilə danışdı. 
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərlilərin vətənpərvərliklərindən, onların düşmənlə üzbəüz, mərdliklə dayanmasından, tərtərli oğulların bir qarış belə torpaq vermədiklərindən danışaraq həmyerlimiz olan Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynovun, Vəzir Orucovun, Azərbaycan Bayrağı Ordenli Ədalət Paşayevin adını fəxrlə çəkdi. O, zabit və əsgərləri Vətənin keşiyində ayıq-sayıq dayanmağa səslədi.

Rayon rəhbəri respublikada ordu quruculuğuna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.

Sonra korpus komandirinin müavini Həbib Məmmədov, Qarabağ Müharibəsi əlili Nizami Heydərov, “Xocalı soyqırımını tanıdım” ictimai birliyinin sədri  Şamil Sabiroğlu çıxış etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissəyə televizor hədiyyə etdi. Sonra hərbi hissənin komandiri tərəfindən hərbi xidmətdə fərqlənən zabit və əsgərlər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundu. Tədbir iştirakçıları zabit və əsgərlərlə birlikdə konsert proqramına baxdılar.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar