Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub

Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.

A.Rəhimov çıxışında dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, idmançılara çox böyük qayğı və diqqət ayırdığını bildirib. O, hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini və artıq 44-cü OİK-in təməlinin qoyulduğunu vurğulayıb. Nazirin sözlərinə görə, bu il LənkəranBeyləqanda da belə komplekslər istifadəyə veriləcək. A.Rəhimov xüsusi olaraq vurğulayıb ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla rahat məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.

Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksinin Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. 4 hektarlıq sahədə tikiləcək kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. OİK-də 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman zalı, 174 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan üzgüçülük zalı, 152 tamaşaçı tribunası olan güləş zalı, boks və trenajor zalları, 54 çarpayı yerlik 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları, hakimlər üçün otaqlar, işçi otaqları, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar, hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları, fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən, ərazidə 1000 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, mini-futbol meydançası, voleybol - basketbol meydançaları inşa ediləcək. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar