Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə səyyar-qəbul keçrilib, yeni məktəb istifadəyə verilib

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir


 Növbəti səyyar qəbul-görüşü təmas xəttinə yaxın yerləşən Qaynaq kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Qaynaq kənd İƏD üzrə nümayəndə Məzahir Süleymanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib.  Əmək veteranı Süleyman Quliyev kənd yolunun asfaltlanması, Ziyad Abbasov sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, Şahin Cavadov münaqişəli pay torpağı, Qumru Hacıyeva içməli su xəttinə sayğac qoyulması, Adil Əzimov qaz keçidi borularının yuxarı qaldırılması və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

***

2016-cı il aprel hadisələri zamanı erməni silahlı birləşmələrinin atəşi nəticəsində dağıntıya məruz qalmış 140 şagird yerlik Qazyan kənd ümumi orta məktəbi Respublika Prezidentinin Sərəncamı ilə əsaslı təmir olunmuşdur.

İyunun 1-də keçirilən açılış mərasimində  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, hüquq–mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə rayon rəhbəri qonaqlarla birlikdə məktəbdə ucaldılmış şəhidlər abidə kompleksini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.

Tədbiri giriş sözü ilə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev açaraq müəllim və şagird kollektivini, valideynləri təbrik edib. Bildirib ki, 1950-ci ildən fəaliyyət göstərən Qazyan kənd ümumi orta məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Binada elektrik xətti çəkilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Təhsil ocağı müasir inventar və avadanlıqlarla təmin olunub.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məktəblərin əsaslı təmirdən sonra açılışının əlamətdar hadisə olduğunu vurğulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi 
diqqət və qayğıdan danışan A.Əhmədov son illər ölkəmizdə yeni tikilən məktəblərin sayının günü-gündən artdığını bildirib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsaslı təmirdən sonra məktəbin açılışı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ulu Öndərimiz: “Təhsil millətin gələcəyidir”,- demişdir. O, deyirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir.” Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin aydın təzahürüdür. Onun zəhməti, qayğısı sayəsində təhsil sistemində köklü dəyişikliklər edildi, səriştəsiz adamlar oradan uzaqlaşdırıldı, peşakar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildi. Ulu Öndərin tapşırığı ilə təhsil işçilərinə dövlət qayğısı artırıldı. Dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başlanıldı. Müəllimlərin maaşları mütəmadi surətdə artırıldı.
Təhsil sistemində köklü islahatlar aparıldı, yeni layihələr həyata keçirildi, milli təhsiliminiz maddi-texniki bazası möhkəmləndirildi. Bu gün Azərbaycanın milli təhsili öz inkişafını yaşayır. Həm respublikamızda, həm xaricdə təhsil alan gənclər yüksək ixtisaslı kadrlar kimi geri dönürlər. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş milli təhsilimiz respublika prezidentinin dəstək və qayğısı nəticəsində daha da inkişaf edir, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə məktəb tikilib istifadəyə verilir.

Rayon rəhbəri qeyd edib ki, bu il rayonumuzda Təhsil Nazirliyinin xətti ilə Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunmuş, Bayandur kəndində modul tipli ibtidai məktəb, Poladlı kəndində isə modul tipli əsas məktəb tikilib istifadəyə verilmişdir. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar