Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə regional müşavirə keçirilib - Fotolar


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mözusunda regional müşavirə keçirilmişdir

Изображение 053.jpg görüntüleniyor
Fevralın 13-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə  “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə  keçirilibdir.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Xatirə Məmmədova açaraq, iştirakçıları salamlamış, kənd təsərrüfatının inkişafı sahəsində atılmış addımların ölkəmiz üçün əhəmiyyətindən və sərhədyanı bölgədəki problemlərdən danışıbdır.

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini vurğulamış, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasətin dayandığını qeyd edibdir.

Daha sonra Dövlət Xidmətinin rəisi Camal Quliyev   “ Sərhədyanı ərazilərdə fitosanitar vəziyyəti mürəkkəbləşdirən amillər” mövzusunda çıxış edərək, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Ermənistan Respublikalarından, o cümlədən işğal altında olan ərazilərdən karantin tətbiq edilən və xüsusi təhlükəli növlərin respublika ərazisinə keçməsi və miqrasiyası problemini təhlil etmiş, faktlarla 2013-2015 –ci illərdə Mərakeş, İtaliya və Asiya çəyirtkələrinin ölkə ərazisinə miqrasiyası və təhlükəli miqrasiyaların qarşısının alınması yolları barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Camal Quliyev işğal altında olan ərazilərdən respublika ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyasının fitosanitar vəziyyəti mürəkkəbləşdirdiyini bildiribdir. 

Xidmətin rəis müavini vəzifəsini icra edən  Yaqub Cəfərov isə “ Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzularında məruzə etmiş və məruzə olunan məsələlərə dair  müvafiq müzakirələr aparılıbdır.

Müşavirə iştirakçıları  və fermerlər kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar