Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə pambıq yığımı ilə bağlı müşavirə keçirilib

Pambıq yığımı ilə əlaqədar rayon Gənclər Mərkəzində pambıqçıların müşavirəsi keçirilib


Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl birqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak  etdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair  ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi.  Rayon rəhbəri kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılması, genişləndirilməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın bərpası işinin sürətlə getməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyi söylənildi.

Qeyd olundu ki, Tərtər torpağı çox məsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir.  Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür.

Respublika prezidenti cənab İlham Əliyev tərəfindən pamblqçılığın inkişafına verilən dəstək tərtərli pambıqçılarda da böyük ruh yüksəkliyi yaratmış, bu il onlar 3123 hektar sahədə pambıq əkmişlər ki, bu da ötən illə müqayisədə 2000 hektar artıqdır. Becərmə işəri vaxtı-vaxtında həyata keçirilmiş, tarlalarda bol məhsul yetişdirilmişdir. Yığılan məhsul “MKT İstehsal Kommersiya” MMC-nin Qarabağ Regional filialının Tərtər məntəqəsinə və “CTS Aqro” MMC-nin Tətər pambıq tədarükü məntəqəsinə təhfil verilir.

Qeyd olundu ki, indi qarşımızda bir məqsəd var: tarlalarda zəhmətlə becərilmiş məhsulu vaxtında və itkisiz toplamaq. Bunun üçün bütün gücümüzdən maksimum istifadə olunmalıdır.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıq tarlalarında oldu, kənd əməkçiləri ilə görüşüb öz tövsiyyələrini verdi və onun xeyir-duası ilə pambıqyığan maşınlar işə düşdü.

“Ağ qızılın” toplanması üçün pambıqyığan maşınlar Azad Qaraqoyunlu, Evoğlu və Hüsənli kəndlərindəki  tarlalara çıxdı. Pambıq yığımında ilkin olaraq 7 pambıqyığan maşından istifadə olundu.

Bu günədək rayonda 100 ton pambıq tədarük edilib. Tarlalarda məhsul boldur. Texnikanın köməyi ilə kənd əməkçiləri pambığı tez və itkisiz yığaraq təhvil verməyə çalışırlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar