Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Su Təsərüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə tədbir keçirilib


Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoyublar


Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini 5 iyun  Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik etdi, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin  icrasında yeni-yeni uğurlar arzuladı. Qeyd etdi ki,  Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir. Suya ehtiyac olan yaşayış məntəqələrində yeni artezian quyuları qazılaraq sakinlərin istifadəsinə verilir. Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin  yaxşılaşdırılması üçün layihə həyata keçirilir. Artıq şəhər əhalisi fasiləsiz olaraq içməli su ilə təmin olunur. Dekabrın 2-də Tərtər şəhərində içməli su xəttinin açılışında bizimlə birgə möhtərəm Prezidentimiz cənab İlham ƏliyevAzərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər. İndi layihə kəndlərimizdə davam etdirilir.

Cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə tərtərlilər Prezidentimizə minnətdardılar.

Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan danışdılar.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar