Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Müəllimlər günü qeyd olunub

5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibəti ilə “Asiman” şadlıq sarayında rayonun təhsil işçilərinin bayram toplantısı keçirilib


Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışdı. Bildirdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan 181 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə, 5 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplamışdır. 
Rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimizdə çoxdur.  Onlardan 5 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər  “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. 

Bayram günündə isə daha bir müəllimimiz Soyulan kənd tam orta məktəbinin müəllimi Afaq Xəlilova “Əməkdar müəllim” adına layiq görülüb. 

Afaq müəlliməni və onun şəxsində bütün təhsil işçilərini təbrik edən rayon rəhbəri bir qrup müəllimə rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar təqdim edib.

Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etmiş, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, “Əməkdar müəllim” adına layiq görülmüş Afaq Xəlilova, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Tunarə Məmmədzadə, təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov da  ürək sözlərini bildirərək, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. 

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar