Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terror xofu – 3 yaşlı uşağın dirənişi: “Minməyək, partlayacaq”


Xalid Kazımlı yazır


Türkiyədən yenə partlayış səsi gəldi. Bu dəfə İstanbuldan, Taksimdən. Yenə məsum insanlar öldü, yaralandı. Yenə milyonlarla insan terror xofu yaşadı, psixoloji travma aldı. 

Artıq Türkiyə xalqı, eləcə də bu ölkəyə getmək zorunda olan minlərlə insan terror xofunun cəngindədir. 

Terror xofu kütləviləşəndə terror aktı qədər təhlükəli olur. Zatən, terrorçuların başlıca məqsədi insanları öldürmək deyil, əsas məqsəd insanları öldürərək terror xofu yaratmaqdır.

***

20 il öncə yaz ağzıydı, yəni bu vaxtlar idi. “28 May” metrostansiyasındaydım, “Sahil” stansiyasına getməliydim. O vaxt qəzetimizin redaksiyası orda yerləşirdi. Perronda məndən başqa da adamlar vardı. Düz yanımda isə 28-30 yaşlı bir ata təxminən 3 yaşında olan qızıyla durmuşdu. Qız yavaşca dartınırdı. Qatar gəlib stansiyaya çatanda uşaq yüksək səslə atasına dedi: “Minməyək, ata, minməyək, partlayacaq, minməyək”. Atası qızı qucağına alıb vaqona aparmaq istəyəndə uşaq daha bərk qışqırdı: “Partlayacaq, minməyək”.

3-4 yaşlı qızın dirənişi bəhrəsini verdi, onlar qatara minmədilər. Bu ata-balaya baxan bəzi adamlar da son anda qatara minməkdən vaz keçdilər. Görünür, körpə qızın qeyri-insani səslə “partlayacaq!!!” deyə çığırması onlarda belə bir qənaət hasil etmişdi ki, bəlkə də bu uşağa nəsə əyan olub. 

Həmin gün qatar partlamadı və biz 1 dəqiqədən sonra mənzil başına sağ-salamat çatdıq. 

Amma ondan əvvəl 3 dəfə belə hadisə olmuşdu, metro qatarları partlamışdı - biri “Nərimanov” stansiyasında, biri “Ulduz”da, biri də “20 Yanvar”da. 

Güman ki, o körpə uşaq qatarların partladığı barədə evdə ana-atasından, baba-nənəsindən, televiziyadan eşitmişdi. Bu, onun terror aktıyla ilk tanışlığı idi və bu səbəbdən yaxınlaşan metro qatarını görüncə dəhşətə gəlmiş, xoflanmışdı.

Bu gün həmin o dəhşətli terror aktlarının birinin ildönümüdür. 1994-cü ilin bu günü, tam 22 il bundan əvvəl “20 Yanvar” metrostansiyasında törədilən terror aktında 14 vətəndaşımız həlak olub. Onların adları stansiyanın divarına həkk edilib. Aralarında tanınmış və istedadlı bəstəkarımız Rafiq Babayev də var. 

O vaxt Qarabağ müharibəsinin şiddətli vaxtıydı. Qarı düşmən ölkəmizi sarsıtmaq, yıpratmaq üçün hər işə qol qoyurdu, hətta terror kimi axırıncı yola da gedirdi. Ona görə də hamı bu terakta görə ermənilərdən şübhələnirdi. 

Hadisənin Novruz bayramından bir gün əvvəl, bayram axşamı günü baş verməsi də şübhələri gücləndirən detal idi. Bu, ermənilərin dəst-xəttiydi. İllərlə məhz onlar bizim bayramrlarımızı qara gətirmək, şadlıqlarımızı yasa döndərmək üçün əllərindən gələni etmişdilər. 1994-cü ilin 19 martında isə buna nail olmuşdular. 

Əsrlərlə ona-buna, böyük dövlətlərə maşa olmağı sevən ermənilər bu dəfə maşa qismində Azərbaycanın şimal rayonlarını parçalamaq istəyən “Sadval” təşkilatının üzvlərindən yararlanmış, 19 mart terrorunu onların əliylə həyata keçirmişdilər.

Sonradan bu müdhiş qətliamı həyata keçirənlərin çoxu həbs olundu, layiqli cəzalarını aldılar. Ancaq terrorçulara sifariş verən, təlim keçənlər cəzasız qaldılar. Onlara əl çatmadı. Çünki onlar məqsədiinə terror yolu ilə çatmağa çalışan Ermənistan dövlətinin hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxsləriydi. Onlar bu gün də düşmən dövlətdə yüksək dövlət vəzifəsi tuturlar, hətta prezident, baş nazir, nazir postuna qədər irəliləyənləri var. 

Bu gün yaxın-uzaq ölkələrdə terror aktları baş verəndə çoxumuz bunu qorxunc olay kimi qarşılayırıq, amma hər halda, öz ölkəmizdə olmadığından çox da dəhşətə gəlmirik, heç övladlarımız da özlərini 20 il öncə metroda atasına dirənib vaqona minməyən körpə qız kimi aparmırlar, özümüz də patoloji xof hissi yaşamırıq. 

20 il öncə isə durum çox fərqliydi. Bu gün Türkiyədə olduğu kimi, o vaxt bizdə də hamı hər gün hər yerdə terror aktı, partlayış gözləyirdi. Heç kəs büruzə verməsə də, terror xofu heç kəsi tərk etmirdi. Yalnız Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanandan sonra bu xof camaatın canından yavaş-yavaş çıxmağa başladı. 

O atəşkəsdən sonra daha Bakıda metroda, Rusiyaya gedən qatarlarda, Gürcüstandan gələn avtobuslarda terror aktları baş vermədi. Bu, Ermənistan dövlətinin terror siyasətinə düzəliş etməsi, ondan istifadəni qeyri-müəyyən müddətə təxirə salmasının sübutu, göstəricisi idi. 

Nə yazıq ki, Azərbaycanın rəsmi sturkturları ölkəmizin vətəndaşlarına qarşı törədilmiş və böyük insan itkisi ilə müşayiət olunan o müdhiş terror aktlarının heç birini Ermənistanın boynuna qoya bilmədi. Ermənistan rəsmən terrorçu dövlət olduğu, ən azı 1988-95-ci illər arasında Azərbaycana qarşı terror müharibəsindən istifadə etdiyi halda ona “terrorçu dövlət” damğası vurulmadı. 

Amma biz o günləri, o itkiləri tam unutmamışıq. Unudanlar, yada salmayanlar, 19 martın bir terror günü olduğunu bilməyənlər isə çoxdur, normaldan qat-qat çox.

Türkiyə xalqı da bugünkü ağır günləri arxada qoyacaq və günümüzdə törədilən bu dəhşətli terror aktlarını uzun müddət unuda bilməyəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar