Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır


Böyük Britaniyanın Baş naziri Tereza Mey internet-saytlarda ekstremist xarakterli materialları yerləşdirən istifadəçiləri blok etməyə imkan verən beynəlxalq kodun hazırlanmasını vacib sayır


Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökuməti başçısının fikrincə, informasiya texnologiyaları kompaniyaları təhlükəli materialların təyin olunması üçün texniki alətləri təkmilləşdirməli və bu barədə hökumətə məlumat verməlidir.

“Üzləşdiyimiz təhlükə artır. Belə ki, İŞİD qruplaşması İraqda və Suriyada mövqelərini itirir və mübarizə döyüş meydanından internetə keçir”, – deyə Baş nazir qeyd edib.

Bir qədər əvvəl informasiya texnologiyaları sənayesinin 4 nəhəngi – “Google”, “Microsoft”, “Twitter” və “Facebook” internet məkanında terrora çağırışlara son qoymaq üçün Britaniya hökuməti ilə səyləri birləşdirməyi vəd edib. Onlar, həmçinin əməkdaşlığın iki əsas hədəfini müəyyənləşdirib: terror kontentinə nəzarət üçün kiçik kompaniyalara dəstək və terror təbliğatı əleyhinə ictimai təşkilatlar vasitəsi ilə “alternativ materiallar yerləşdirmək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar