Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tereza Mey İlham Əliyevə məktub yazdı


Böyük Britaniyanın Baş naziri Tereza Mey Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib


BakuPost.az xəbər verir ki, baş nazir prezidenti "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı BP-nin rəhbərlik etdiyi konsorsium ilə SOCAR arasında imzalanmış müqavilənin yenilənməsi ilə əlaqədar təbrik edib: "Bu müqavilənin yenilənməsi növbəti onilliklər üçün Böyük BritaniyaAzərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcəkdir.

"Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniya və xüsusilə də BP Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynamışdır. Bu böyük sərmayə tarixdə ilk dəfə Azərbaycana tam suveren və müstəqil dövlət kimi, Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaratmışdır.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tamamlanması Azərbaycan neftinin beynəlxalq bazarlara fasiləsiz surətdə təhlükəsiz nəqlinə imkan yaratmış növbəti mühüm hadisə olmuşdur.

2020-ci ildə başa çatdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya təbii qaz nəql edən mühüm ixracatçıya çevrilməsinin yekun mərhələsi olacaqdır. Həmin boru kəmərləri şəbəkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verəcəyi töhfə Böyük Britaniya tərəfindən alqışlanır.

Təəssüflər olsun ki, sentyabrın 14-də mən Bakıda "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı müqavilənin yenilənməsini Sizinlə bir yerdə qeyd edə bilməyəcəyəm. Bu mühüm uzunmüddətli sərmayə bizim enerji sahəsində strateji tərəfdaşlığımızı daha da möhkəmləndirməyə yardım edəcək və gələcək illərdə birgə firavanlığımıza töhfə verəcəkdir.

İmzalanma mərasimi ilə bağlı Sizə uğurlar diləyir və yaxın zamanda görüşmək imkanı əldə etməyə ümidvaram”.

Hadisənin səbəbi araşdırılır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar