Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təqsirləndirilən şəxslər son söz deməyə başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib


Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.  

Aqil İsmayılov hadisədə günahsız olduğunu bildirib. Abbas Hüseynov isə özünə ömürlük cəza istəyib: “Təqsirləndirləndirilən şəxslərdən ən çox mən ittiham olunuram. Ona görə də mənə ən ağır cəza verilsin”.

Digər təqsirləndirilənlər İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da polisə müqavimət göstərmədiklərini deyib.

Proses yanvarın 16-da davam edəcək. 

Qeyd edək ki, prokuror Taleh Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Müsəlman Birliyi Təşkilatının üzvləri Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Şamil Abduləliyevin 15 il, Zakir Mustafayevin 15 il, Cahad Babakişizadənin 15 il, Aqil Quliyevin 15 il, Abbas Quliyevin 15 il, İbrahim Xudaverdiyevin 15 il, Etibar İsmayılovun 15 il, Bəhruz Quliyevin 15 il, Əli Nuriyevin 15 il, Əlibala Vəliyevin 15 il, Fərhad Balayevin 15 il, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar